Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

525ci qəzet Azərbaycan Latviya üçün mühüm iqtisadi tərəfdaşdır Səfir

525ci qəzet Azərbaycan Latviya üçün mühüm iqtisadi tərəfdaşdır Səfir

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Latviya Respublikasının elan olunmasının 106-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən   Latviyanın ölkəmizdəki  səfiri Edqars Skuya əvvəlcə COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edib, belə mühüm tədbirə peşəkarcasına ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib.

Diplomat deyib ki, Latviya və Azərbaycan arasında fəal şəkildə artan əməkdaşlığı yüksək qiymətləndiririk. İl ərzində hər iki ölkəyə siyasi və işçi səviyyədə çoxlu sayda səfərlər olub. Həmçinin Latviya parlamentinin sədrinin, parlament üzvlərinin və dövlət nümayəndələrinin səfərlərini qeyd edib. Səfir Latviya və Azərbaycan əlaqələrinin daha da gücləndirilməsində iştirak edən hər bir kəsə təşəkkür edib.

Edqars Skuya Azərbaycanın Latviya üçün mühüm iqtisadi tərəfdaş olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, iki ölkənin ticarət dövriyyəsi keçən son iki il ərzində artıb. Hər iki ölkə ixrac, idxal və bir çox sahələrdə ticari və iqtisadi əməkdaşlığın artırılmasına maraqlıdırlar. Dövlətlərarası Komissiyanın gələn il iclasının keçirilməsi planlaşdırılır. Bundan əlavə,14 bələdiyyə ilə fəal əməkdaşlığımız mövcuddur. Gənclər arasında Latviyada təhsilə marağın artdığını görürük.

Səfir qeyd edib ki, 106 il əvvəl qurucu atalarımız Latviyanın müstəqilliyini elan etmək üçün çox tarixi bir addım atdılar: “Bu, qətiyyətli və cəsarətli qərar idi. O vaxtdan bəri biz tariximizin uzun və faciəli dövrlərindən keçsək də, dövlətimizi inkişaf etdirməyə nail olmuşuq. Ancaq hələ də çox dramatik və çətin vaxtlardır. Bu gün biz güclü şəkildə öz ölkəmizin və bütün regionda sülh və stabilliyin yanında dayanmışıq və hər bir ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev çıxışında hökumət adından təbriklərini çatdırıb. O, iki ölkə arasındakı münasibətlərin xoş tarixi ənənələrə söykəndiyini vurğulayıb: “XX əsrin əvvəllərindən Latviyanın tanınmış yazıçıları, rəssamları və musiqiçiləri Azərbaycanda yaşayıb, ölkəmizin tərəqqisinə öz töhfələrini veriblər. Bu ilin əvvəlində - yanvarın 11-də biz Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib və əməkdaşlığımız bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla inkişaf edib”.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidentinin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib: “Bu il Latviya Seyminin sədri ölkəmizdə səfərdə olub. Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərimizin görüşü olub. Riqada Xarici İşlər nazirlikləri arasında 3-cü Strateji Dialoq görüşü baş tutub. Bütün bunlar davamlı siyasi dialoqun yaxşı göstəriciləridir. Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya müvafiq sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma rolunu oynayır. Əminik ki, birgə səylərimiz nəticəsində Azərbaycan ilə Latviya arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri növbəti illərdə dövlətlərimizin və xalqlarımızın rifahı naminə daha da genişlənəcək".

Pərvanə Sultanova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri