Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır Latviya Prezidenti
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir.
Redaktor.az xəbər verir ki, bu fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında səsləndirib.
O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin təşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.
"Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetika sahəsində strateji tərəfdaşdır", - Edqars Rinkeviçs vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 22 Aprel 2026 21:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















