525ci qəzet Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində iştirak edəcək
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Azərbaycanın 10 şahmatçısı noyabrın 15-də İtaliyanın Montesilvano şəhərində start götürəcək kadetlər arasında dünya birinciliyində iştirak edəcək.
Bu barədə 525.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
8,10, 12 yaşlı qız və oğlanların yarışında ölkəmizi Mətin Bəkirli, Yasin Əzimov, Məhəmməd Kazımzadə, Əhməd Hüseynov, Yaşar Şirinov, Sabirə Muradlı, Mehriban Əhmədli, Nurgün Fəxrətzadə, Zəhra Allahverdi və Sadəgül Əfəndi təmsil edəcəklər.
Ümumilikdə yarışda 80-dən çox ölkədən 4000-dən çox yeniyetmə iştirak edəcək. Dünya birinciliyinə noyabrın 26-da yekun vurulacaq.

Azərbaycanın 10 şahmatçısı dünya birinciliyində iştirak edəcək
14 Noyabr 2024 16:11
Azərbaycanın 15 şahmatçısı dünya çempionatına yollanıb
05 Dekabr 2024 16:41
Azərbaycanın altı şahmatçısı Dünya kuboku şansını qoruyur
22 Mart 2025 14:41
Azərbaycanın 15 şahmatçısı dünya çempionatında mübarizə aparacaq
05 Dekabr 2024 16:53

