Icma.az
close
up
RU
525ci qəzet BDUnun yeni layihəsi universitetdə “Ekoməkan”

525ci qəzet BDUnun yeni layihəsi universitetdə “Ekoməkan”

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Noyabrın 14-də Bakı Dövlət Universitetində (BDU) “Ekoməkan”ın açılışı olub.

525.az xəbər verir ki, BDU-nun ərazisində təqribən 1000 kvadratmetr sahədə yaradılmış “Ekoməkan” müasir texnologiyaları və ekoloji həlləri xüsusi yanaşma ilə bir araya gətirir.

Məkanda yaradılmış Akvaponik sistem (“Aquaponics system”) müasir aqrar texnologiyalardan biridir. Bu, suyun təkrar dövriyyəsi üsulu ilə (az su sərf etməklə) yüksək məhsuldarlığa nail olmaq imkanını laboratoriya şəraitində nümayiş etdirir. İnnovativ üsullarla bitki və balıq yetişdirilməsini özündə birləşdirən tsiklik sistem dayanıqlı kənd təsərrüfatı yanaşmasını ehtiva edir.

“Ekoməkan”da quraşdırılmış mikroyosun bioreaktoru fotosintez yolu ilə karbon qazından oksigenin alınmasını təmin edir və bioyanacaq, heyvan yemi, bioloji məhsul və s. kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilən biokütlənin formalaşması prosesinin laboratoriya şəraitində izlənilməsinə şərait yaradır.

Bu məkanda enerji səmərəliliyini təmin etmək və bərpaolunan enerji infrastrukturunu qurmaq üçün fotovoltaik çeviricilərdən (“solar panel”) istifadə olunur.

“Ekoməkan”da ətraf mühitə dair məlumatların rəqəmsal şəkildə alınaraq təhlil edilməsi və tədqiqatların nəticələrinin rəqəmsal platformalar üzərindən paylaşılması məqsədilə rəqəmsal ekoinformasiya sistemi quraşdırılıb.

Məkandakı “AQMesh” - hava keyfiyyətinin rəqəmsal monitorinqi sistemi müxtəlif tipli sensorlar vasitəsilə atmosferdə müxtəlif qazların miqdarını təyin edir, atmosferin çirklilik səviyyəsini anında izləməyə imkan verir.

“Davis Vantage Pro2” - rəqəmsal hava məlumatı sistemi küləyin sürəti və istiqaməti, külək vasitəsilə havanın soyuma və qızma indeksi, temperatur, rütubətlik, təzyiq və şeh nöqtəsi kimi parametrləri ölçməyə, xüsusi ekranda və mobil tətbiqlər vasitəsilə paylaşmağa imkan verir.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin tabeliyində fəaliyyət göstərəcək “Ekoməkan”da ətraf mühitin qorunması mövzusunda geniş ictimai maarifləndirmə işləri aparılacaq, BDU-nun sosial fəaliyyəti daha da gücləndiriləcək.

Məkanın yaşıl sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi bitkilər əkilib.

“Ekoməkan” BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan keyfiyyətli təhsil, dayanıqlı şəhərlər və icmalar, iqlim dəyişikliyi ilə mübarizə, yerüstü ekosistemlərin qorunması, tərəfdaşlıq istiqamətlərinə uyğun fəaliyyət göstərəcək.

Layihə çərçivəsində BDU həm yerli, həm də beynəlxalq ekoloji təşkilatlarla sıx əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq sayəsində ətraf mühitin qorunması mövzusunda qabaqcıl təcrübələrin Azərbaycana gətirilməsi və yerli ekoloji təşkilatların fəaliyyətlərinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaradılacaq. Təşkil olunacaq könüllülük proqramları əsasında tələbələrin yerli və beynəlxalq ekoloji fəaliyyətlərə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, “Ekoməkan” dövlət-özəl tərəfdaşlığı çərçivəsində BDU ilə “Bayramli Group”, həmçinin “LU-MUN Holding” və “Azecolab” şirkətləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi layihəyə xüsusi dəstək verib.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri