525ci qəzet BDUnun 410 tələbəsi payız semestri üzrə təhsil krediti alıb
Icma.az, 525.az saytına istinadən bildirir.
Bakı Dövlət Universitetinin (BDU) 410 tələbəsi 2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil krediti almaq hüququ əldə edib. Onlardan 98-i sosial, 312-si isə standart təhsil kreditidir.
Universitetdən 525.az-a bildirilib ki, 2023-2024-cü tədris ilində isə ümumilikdə 705 nəfər BDU tələbəsinə təhsil krediti verilib. Onlardan 184-ü sosial, 521-i standart təhsil krediti olub.
Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.
Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Bu kredit uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















