Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

525ci qəzet Bir güllə atılmadan azad olunan rayon

525ci qəzet Bir güllə atılmadan azad olunan rayon

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalına son qoyulmasından dörd il ötür.  Qafqazın “Xirosiması, “ruhlar şəhəri” adlandırılan Ağdamın 27 il 4 ay davam edən işğalı 20 noyabr 2020-ci ildə başa çatdı. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı. 

Bu, dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi. Çünki bəyanata əsasən, Ağdamla yanaşı, Laçın və Kəlbəcər rayonları da bir güllə atılmadan öz sahibinə qaytarıldı. Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

Azərbaycanın ən böyük rayonlarından biri olan Ağdam Qarabağın mərkəzində, Qafqaz silsiləsinin şimal-şərq yamaclarında Kür-Araz ovalığının qərbində yerləşir və daim bölgədə mühüm rol oynayıb. Eyni zamanda, işğal müddətində ən çox dağıntılara, vandallığa məruz qalan ərazilərimizdən biri olub. Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Ağdamın tamamilə işğalına yol verilmədi.

Rayonun 1094 kvadratkilometrlik ərazisinin 846,7 kv. km-i, yəni 77,4%-i, 1 şəhər və 89 kəndi ermənilərin əlinə keçmişdi. Onlar rayonun işğal altında olan hissəsini tamamilə dağıdıb, yerlə-yeksan edib, yer üzündən silmişdilər. Ağdamın qalan hissəsində dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

BMT Təhlükəsizlik Şurası Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul etsə də, erməni işğalçıları digər qətnamələr kimi onu da icra etmədilər.

Münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu, beynəlxalq birliyin digər subyektləri Ermənistana işğala son qoymaq, qətnamələri yerinə yetirmək üçün heç bir çağırış, təzyiq etmədi. Ermənilər isə işğaldakı şəhər və rayonlarımızı vəhşicəsinə dağıtmaqda, talamaqda davam etdilər.

Ağdam həm də qəhrəman şəhər adlandırılır. Çünki ağdamlılar sonadək qəhrəmancasına vuruşdular. Birinci Qarabağ müharibəsi dövründə Ağdam 6 mindən çox şəhid verib. 

İşğalçı erməni silahlı birləşmələri digər ərazilərimizdə olduğu kimi, Ağdamda da qədim keçmişin şahidi olan çox sayda tarixi abidələrini, mədəni irsini, memarlıq nümunələrini, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyini vəhşicəsinə dağıtdılar, insanların əmlaklarını qarət еtdilər. Bundan əlavə, dini ibadətgahları, şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələrini də uçurub, dağıtdılar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. 

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. 

Prezident Ağdama səfəri zamanı deyib: “Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim “Qurani-Kərim”i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər, müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq”. 

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdama yeni nəfəs, yeni həyat qayıdır. İnsanlarımızın uzun illər sonra yurd həsrətinə son qoyulur. Dövlət başçısının dediyi kimi, Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı 2026-cı ilədək 140 min sakinin doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Ağdam sakinləri isə artıq 2025-ci ildə öz doğma yurdlarına qayıdacaqlar. 

2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plana əsasən, şəhərdə 5 məhəllənin yaradılması nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə tikinti işləri başlayıb. Üç kənddə - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Baş Qərvənd kəndində də slovakiyalı mütəxəssislərlə birgə kəndin bərpası üzrə işlər gedir. 

Dövlət başçısı İlham Əliyev bu ilin sentyabrında növbəti dəfə Ağdama səfər edib, bərpa-quruculuq işləri ilə yerindəcə tanış olub, yeni tikililərin, o cümlədən, Eyvazxanbəyli kəndinin təməlini qoyub. Prezident sentyabrın 19-da Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib. Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində inşa edilmiş digər xan saraylarından fərqli olaraq dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. İşğalda olmuş ərazilərdəki digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb. Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. 

Ümumilikdə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.

Ermənilər həm də Ağdam ərazisini kütləvi şəkildə minalarla çirkləndirib. Azərbaycan dövləti həm əraziləri minalardan təmizləyir, həm də bərpa-quruculuq işlərini həyata keçirir. Məqsəd 30 ilə yaxın qaçqınlıq həyatı yaşayan insanlarımızın tezliklə öz yurd yerlərinə qayıdışını təmin etməkdir. 

Ermənilərin tamamilə dağıtdığı, yerlə-yeksan etdiyi Ağdam yenidən tikilir, yenidən qurulur, həm də ən müasir, yeni texnologiyalar, standartlar tətbiq edilməklə. Ağdamda “ağıllı şəhər” konsepsiyası tətbiq edilir. Bu məqamda 2021-ci il mayın 28-də - Müstəqillik Günündə Ağdama səfəri zamanı rayon ictimaiyyəti ilə görüşdə Prezident İlham Əliyevin bu fikirlərini mütləq qeyd etmək lazımdır: “Əgər ermənilər ən gözəl şəhərimizi 30 ilə viranəyə çevirmişdilərsə, Azərbaycan cəmi bir neçə ilə burada cənnətməkan yaradacaq. Elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri