Icma.az
close
up
RU
Bir güllə atılmadan...

Bir güllə atılmadan...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Laçın rayonunun işğaldan azad edilməsindən dörd il ötür

Dörd il bundan əvvəl - 2020-ci il dekabrın 1-də Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu işğaldan azad olunub. Prezident İlham Əliyev 2024-cü il 1 dekabr tarixində Laçının Ermənistan işğalından azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib. Paylaşımda qeyd olunub: “Zəfər tariximiz - Laçının Ermənistan işğalından azad edilməsindən dörd il ötür”.

Düşmənin işğal planında Ermənistanla Azərbaycanın müəyyən sayda erməni əhalinin yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsi arasında coğrafi bağlantını təmin etmək əsas məqsədlərdən biri kimi nəzərdə tutulmuşdu. 1992-ci ilin mayında Laçının,1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi ilə düşmən öz istəyinə çatdı. Laçının və Kəlbəcərin itirilməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə təmin olundu.  Ermənilər elə hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar.

Ancaq düşmənin arzusu gözündə qaldı. XXI əsrin müharibəsini aparan Ordumuz cəmi 44 gün ərzində düşməni tar-mar etdi. Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq və üzərinə müəyyən öhdəliklər götürmək məcburiyyətində qaldı. Həmin öhdəliklərə uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları respublikamıza bir güllə atılmadan geri qaytarıldı.

Hələ 44 günlük Vətən müharibəsində noyabrın 9-da Azərbaycan Ordusu Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Dörd il əvvəl, dekabrın 1-də isə xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Həmin tarixdə Prezident İlham Əliyev xalqa növbəti müraciətində Laçın rayonunun işğaldan azad olunduğunu bildirərək, Azərbaycan xalqını bu münasibətlə təbrik etdi. 2022-ci il avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü ki, bununla da ata-baba yurdları laçınlılara qaytarıldı. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı. 2022-ci il sentyabrın 21-də Prezident, Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

Postmüharibə dövründə Laçında yaşayış evlərinin bərpası, müasir infrastruktur qurulması ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Laçın şəhərinin və kəndlərin məskunlaşdırılması da uğurla davam etdirilir. Qeyd edək ki, Laçına ilk köç 20 ailədən ibarət olmaqla 2023-cü ilin mayında reallaşıb.

MÜBARİZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri