525ci qəzet BMT baş katibi: İqlim maliyyəsi məsələsində yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var
525.az saytına istinadən Icma.az xəbər verir.
"Mən COP29-da iştirak edən ölkələr arasında iqlim maliyyəsi məsələsində razılığa meyllilik hiss etsəm də, fikir ayrılıqları hələ də qalır".
525.az APA-ya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş COP29 çərçivəsində videoformatda keçirdiyi mətbuat konfransında deyib.
O vurğulayıb ki, COP29 çərçivəsindəki müxtəlif görüşlərdə nümayəndə heyətləri ümumi razılığa gəlmək üçün böyük səylər göstərirlər: "Fikir ayrılıqları mövcud olduğuna görə, yekun nəticəyə gəlmək üçün tərəflərin təkana ehtiyacı var. Hər bir kəs bilməlidir ki, iqlim maliyyəsinin razılaşdırılmasından imtina heç bir halda yaranmış vəziyyətdən çıxış yolu sayıla bilməz. Əksinə, bu məsələ həm qısamüddətli səyləri təhlükə altına ata, həm də iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni milli planların hazırlanmasını ləngidə bilər. Müxtəlif komponentlərdən istifadə etməklə reallaşdırılması nəzərdə tutulan bu məqsədlər inkişaf etməkdə olan ölkələrin maliyyə tələbatlarını nəzərə almaqla müəyyənləşdirilməlid. Əlbəttə ki, maliyyə vəsaiti bütün ölkələrin özlərinin iqlim hədəflərini reallaşdırmasına imkan verəcək səviyyədə müəyyən olunmalı, bütün ölkələrin iqlim dəyişikliyinin zərərli təsirlərindən qorunmasını mümkün etməli, xalqlar arasında etimadı möhkəmləndirməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 21 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















