525ci qəzet Çin və Peru liderləri Çankay limanının açılışın edəcəklər
Icma.az, 525.az saytına istinadən bildirir.
Çin Xalq Respublikası (ÇXR) əsl çoxtərəfliliyi qorumaq, bərabər və nizamlı çoxqütblü dünyanı, hər kəs üçün faydalı və əhatəli iqtisadi qloballaşmanı təşviq etmək üçün Peru ilə birlikdə işləməyə hazırdır.
525.az xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpinin Perunun "El Peruano" qəzetində dərc edilmiş məqaləsində deyilir.
“Çin-Peru dostluğu: daha parlaq gələcəyə doğru” sərlövhəli məqalə ölkə liderinin Limada keçiriləcək 31-ci Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (APEC) üzv ölkələrin liderlərinin qeyri-rəsmi toplantısına da qatılacağı Peruya dövlət səfəri öncəsi dərc olunub.
Si Cinpin qeyd edib ki, dünya bir əsrdə görünməmiş sürətli dəyişikliklər yaşayır və bəşəriyyət yenidən tarixin kəsişməsindədir.
ÇXR liderinin sözlərinə görə, Çin Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü və Qlobal Sivilizasiya Təşəbbüsünü birgə həyata keçirmək və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyət qurmaq üçün Peru ilə əməkdaşlıq etməyə hazırdır.
Si Cinpin, səfər zamanı perulu həmkarı ilə birgə video bağlantı vasitəsilə Çankay limanının açılış mərasimində iştirak edəcəyini də söyləyib. Onun sözlərinə görə, bu limanın tamamlanması Peruya sahildən ölkənin daxili hissələrinə, Latın Amerikasının digər ölkələrinə və Karib hövzəsinə qədər çoxölçülü, müxtəlif və səmərəli əlaqə şəbəkəsi yaratmağa imkan verəcək.
“Bu, həmçinin başlanğıc nöqtəsi kimi Çankay limanı ilə yeni bir dövrün İnka cığırını açmağa kömək edəcək və bununla da regionun ümumi inkişafına və inteqrasiyasına töhfə verəcək”, - Çin lideri əlavə edib.
Si Cinpin hər iki ölkəni Çankay limanının tikintisindən istismara qədər müvəffəqiyyətli olmasını təmin etmək, Çankay-Şanxay marşrutunun Çin, Peru və Latın Amerikasını ümumi inkişaf və rifaha aparması üçün birgə səy göstərməyə çağırıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















