Icma.az
close
up
RU
525ci qəzet Çin əleyhinə növbəti qadağalar

525ci qəzet Çin əleyhinə növbəti qadağalar

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə Çin şirkətlərinin və iş adamlarının cəzalandırılması yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqı Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı Rusiya firmalarına dəstək verən Çin şirkətləri və vətəndaşları üçün viza qadağası və aktivlərinin dondurulmasını gündəmə gətirib. Əslində bu proses artıq başlayıb. Avropa İttifaqının Rusiyaya qarşı 15-ci sanksiyalar paketində altı Çin şirkətinin aktivlərinin dondurulmasına, bir Çin vətəndaşına viza verilməsini qadağan etməyə yönəlib.

Rusiya şirkətləri ilə işbirliyinə görə əvvəllər tətbiq olunan qadağalar sadəcə onların Avropa şirkətləri ilə biznes əməliyyatları aparmasını qadağan edirdisə, yeni təklif olunan sanksiyalar keyfiyyətcə fərqlənir. Bu tədbirlər Rusiyaya silah istehsalında istifadə edilə biləcək ikili təyinatlı malların alınmasına köməklik göstərdiyi üçün Çin şirkətlərinə və vətəndaşlarına viza qadağaları, eləcə də aktivlərinin dondurulması təklifi Çinin cəzalandırılmasının yeni mərhələyə keçdiyini göstərir.

Avropa ilə yanaşı, ABŞ da Çinə qarşı qadağalar sərtləşir. ABŞ Konqresində təmsil olunan hər iki partiyanı təmsil edən konqresmenlər məktubla Maliyyə Nazirliyinə müraciət edərək Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün mərkəz halına gələn Honq-Konqla ABŞ arasındakı sıx bank münasibətlərinə yenidən baxmağa çağırıblar. Məktub müəllifləri qeyd edirlər ki, Honq-Konq etibarlı qlobal maliyyə mərkəzindən Çin, İran, Rusiya və Şimali Koreyanın təşkil etdiyi avtoritar düşərgənin bir hissəsinə çevrilib. Buna görə də konqresmenlər Honq-Konqun maliyyə və bank sektoru ilə bağlı uzunmüddətli siyasəti yenidən dəyərləndirməyə çağırıblar.

Konqresmenlər məktubda qeyd edirlər ki, 2023-cü ildə Honq-Konqdan Rusiyaya göndərilən malların 40 faizini Rusiyaya ixracı qadağan edilən ABŞ istehsalı mallar təşkil edir. Bunlar əsasən Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə olunan silahların istehsalı üçün istifadə edə biləcəyi yarımkeçiricilərdir.

Qeyd edək ki, Honq-Konqun Rusiyaya qarşı sanksiyalardan yayınmaq üçün mərkəzə çevrilməsi ilə bağlı dünyanın aparıcı mətbuatında çox ciddi məlumatlar yayılıb. Məsələn, Yaponiyanın "Nikkei Asia" nəşrinin araşdırmasına görə, Honq-Konq və Çin vasitəsilə Rusiyaya yarımkeçiricilərin tədarükü müharibə başlayandan bəri 11 dəfə artıb. Oxşar məlumatlar "The New York Times" qəzetinin araşdırmasında da əksini tapıb. Araşdırmaya görə, müharibə başlayandan indiyədək 6000-dən çox şirkət Rusiyaya qadağan olunmuş yarımkeçiricilərin satışında iştirak edib. "The New York Times" qəzetinin araşdırmasına görə, bu işdə Honq-Konq böyük rol oynayır.

Məlum olduğu kimi, Honq-Konq dünyanın ən böyük maliyyə mərkəzlərindən biridir və burada Amerika bankları da daxil olmaqla ən böyük bankların böyük əksəriyyəti fəaliyyət göstərir. Honk-Konqa qarşı sanksiya isə Çin maliyyə sisteminə ciddi zərbə olacaq. Bütün bu proseslərin Donald Trampın prezident kürsüsünə oturacağı 20 yanvar 2025-ci ildən sonra sürətlənəcəyi gözlənilir. Məlumatlara görə, Tramp komandasında təmsil olunacaq şəxlərlə Çinə qarşı mübarizəni müzakirə edir. Müzakirə olunan bu məsələlər reallaşsa, Çin şirkətləri və iş adamları çox ciddi problemlərlə üzləşə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri