525ci qəzet COP29 baş danışıqçısının müavini: Paris Sazişinin 6cı maddəsi üzrə bir çox razılaşmalar əldə olunub
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
COP29 çərçivəsində Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalara nail olunub.
525.az xəbər verir ki, bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 sədrliyinin mətbuat konfransında bildirib.
"Tərəflərin təqdim etdiyi vədlər və hesabatlar, xüsusilə enerjinin saxlanma həcmlərinin 6 dəfə artırılmasının zəruriliyi müsbət qiymətləndirilib", - o qeyd edib.
S.Becanov, həmçinin deyib ki, bu gün COP29 çərçivəsində tərəflərin iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə texnologiyalardan istifadə etməsinin məcburi olacağı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub:
"Bəyannamə artıq 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1000 nümayəndəsi tərəfindən dəstəklənib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 16 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















