Bank kartı olanların diqqətinə Dərhal bunu edin
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Son günlər Azərbaycanda bank kartlarına müdaxilələr olur. Hakerlər, dələduzlar müxtəlif üsullarla vətəndaşların vəsaitini ələ keçirir. Bu da ciddi narahatlıq, bəzi hallar ajiotaj yaradır. Artıq müştərilər bank xidmətindən istifadə məsələsində tərəddüd yaşayır. Əksəriyyət əmanətinin ələ keçirilə biləcəyindən narahatdır.
Xəbəri video formatında izləyə bilərsiniz:
Yanvarın 27-də Kapital Bank-ın Birbank mobil tətbiqində də problem ortaya çıxdı. Müəyyən fasilələr yaranda. Bankdan verilən açıqlamada bildirilirdi ki, yaranan narahatlığın ən qısa zamanda həlli üçün çalışılır. Gecə saatlarında bank press-reliz yaydı. Bildirilirdi ki, problemin aradan qaldırılıb.
Xatırladaq ki, Milli Qəhrəman Hökümə Əliyevanın ailəsinə qarşı da ötən günlər dələduzluq olmuşdu. Onun atasına zəng edən dələduzlar bəzi məlumatları dəqiqləşdirdikdən sonra Kapital Bank-a məxsus kartdakı vəsaiti çəkə bilmişdilər. DİN işə qarışdıqdan sonra dələduzlar yaxalındı, vəsait ailəyə qaytarıldı.
Ölkədə bank sektoru ciddi təhdid altındadır? Nə baş verir?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, bank hesablarından vəsaitlərin oğurlanması qlobal problemdir:
“İnkişaf etmiş ölkələrdə daha innovativ hak metodu var. Azərbaycanda bank kartlarından vəsaitin oğurlanması hallarında diqqətçəkən məqam kart sahiblərinin məlumatsızlığı, kart məlumatlarının digər şəxslərə verilməsindən qaynaqlanır. Son hadisələrə baxdıqda kart sahibi dələduzların müraciəti zamanı öz kart məlumatlarını verdiyini görürük. Qanunvericiliyə əsasən bank müştərilərə zəng etmir. Müştəri banka zəng edən zaman xüsusi məlumatları almadan hansısa informasiya verilmir. Hansısa vətəndaşımıza bank adından zəng, SMS, link göndərilirsə, bu zaman kart məlumatları təqdim olunmamalıdır. Nəticədə belə oğurluq halları yaşanmaz. Vətəndaşlarımızın maarifləndirilməsinə çox ehtiyac var”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 28 Yanvar 2026 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















