525ci qəzet Həkim səhvinə görə 16 dişindən oldu, kompensasiya aldı
Icma.az bildirir, 525.az portalına istinadən.
Rusiyanın Xabarovsk şəhərində syomotoloq səhvən 55 yaşlı qadının 16 dişini çəkib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin oktyabrında baş verib.
Həkim dişlərini yeniləmək üçün ona müraciət edən qadının 16 dişini çəkməyə qərar verib. Əvəzində isə protezlə təmin edib.
Amma bir müddət sonra qadının ağzında ağrılar başlayıb. Başqa həkimə müraciət edəndə isə onun 16 dişinin səhvən çəkildiyi məlum olub. Məhkəməyə müraciət edən qadın naşı həkimin cəzalandırılmasına nail olub. İndi həkim ona 1 milyon rubl kompensasiya ödəməlidir.
Qeyd edək ki, buna bənzər hadisə bu ilin dekabrında Çexiyada da baş verib. 40 yaşlı kişi 73 yaşlı stomotoloqu nahaq yerə 18 dişini çəkdiyinə görə məhkəməyə verib.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















