Icma.az
close
up
RU
525ci qəzet “Heydər Əliyev 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib

525ci qəzet “Heydər Əliyev 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəşri olan “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.

525.az xəbər verir ki, təqdimat mərasimində BDU-nun rektoru, kitabın ideya müəllifi Elçin Babayev deyib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində dərin iz qoymuş görkəmli lider, müdrik siyasətçi və xalqımızın milli inkişaf yolunun əsas memarıdır.

Rektor bildirib ki, Azərbaycan təhsilinin və elminin aparıcı qüvvəsi olan Bakı Dövlət Universitetinin kollektivi də Universitetin dünya şöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan ildə silsilə tədbirlər, beynəlxalq konfranslar keçirib, fundamental kitablar nəşr edib:

“Bu baxımdan BDU-da nəşrə hazırlanmış “Heydər Əliyev-100: Biblioqrafik məlumat kitabı” özünün zəngin informasiya tutumu, əhatəliliyi, dolğunluğu ilə böyük əhəmiyyətə malikdir. Universal xarakterli bu biblioqrafik əsər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği üçün qiymətli mənbədir. Biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə BDU-nun professoru, Əməkdar elm xadimi Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanıb. Həmin ənənənin davamı olaraq əsər İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Solmaz Sadıqova tərəfindən 2023-cü ildə yenidən işlənilib, eyni zamanda son iki onilliyin nəşrləri əhatə olunmaqla yeni materiallarla zənginləşdirilib. Əminik ki, gərgin əməyin, ciddi araşdırmaların nəticəsində meydana gəlmiş bu kitab geniş oxucu kütləsi, müxtəlif elm sahələrində fəaliyyət göstərən alimlər, müəllimlər, tələbələr tərəfindən böyük maraqla qarşılanacaq, biblioqrafik əsər xüsusilə tədqiqatçıların hər zaman bəhrələnəcəyi, öz elmi əsərlərində istinad edəcəkləri etibarlı informasiya mənbəyi olacaq. Kitab Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının öyrənilməsi və təbliğinə böyük töhfədir”.

Qeyd edək ki, tədbirdə, həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, TÜRKSOY Beynəlxalq Mədəniyyət təşkilatının baş katibi Sultan Rayev, Azərbaycan Milli Kitabxanasının direktoru, kitabın rəyçisi Kərim Tahirov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dosenti, kitabın tərtibçisi Solmaz Sadıqova və digər şəxslər iştirak ediblər.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri