525ci qəzet İspaniyada daşqın nəticəsində 650 min ton kənd təsərrüfatı məhsulları məhv olub
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
İspaniyada başda Valensiya olmaqla ölkənin şərq və cənub bölgələrinə ziyan vuran daşqın nəticəsində 650 min ton kənd təsərrüfatı məhsulunu məhv olub.
525.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya Kənd Təsərrüfatı Sığorta Təşkilatları Assosiasiyası (Agroseguro) leysan yağışların səbəb olduğu daşqın və fırtınaların kənd təsərrüfatı sektoruna tarixi ziyan vurduğunu açıqlayıb.
Aqrosequro sel nəticəsində 25 min 500 hektar becərilən kənd təsərrüfatı sahəsinin zədələndiyini, 650 min ton ərzaq məhsulunun məhv olduğunu və 10 mindən çox fermerin zərər çəkdiyini bildirib.
Açıqlamada zərərin 250 milyon avrosunun sığortalandığı vurğulanıb. Sığortasız fermerlərin itkiləri də daxil olmaqla 170 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəydiyi və ümumi itkilərin 1 milyard avronu keçdiyi qeyd edilib.
Malik Atilay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















