İspaniyada daşqın fəlakəti nəticəsində 650 min ton kənd təsərrüfatı məhsulları məhv olub
Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.
Oktyabrın 29-da İspaniyada başda Valensiya olmaqla ölkənin şərq və cənub bölgələrini vuran sel fəlakəti 650 min ton kənd təsərrüfatı məhsulunu məhv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İspaniya Kənd Təsərrüfatı Sığorta Təşkilatları Assosiasiyası leysan yağışların səbəb olduğu daşqın və fırtınaların kənd təsərrüfatı sektoruna tarixi ziyan vurduğunu açıqlayıb.
Sel nəticəsində 25 min 500 hektar becərilən kənd təsərrüfatı sahəsi zədələnib, 650 min ton ərzaq məhsulu israf edilib və 10 mindən çox fermer zərər çəkib.
Açıqlamada zərərin 250 milyon avrosunun sığortalandığı açıqlanıb.
Sığortasız fermerlərin itkiləri də daxil olmaqla 170 min hektar kənd təsərrüfatı sahəsinə ziyan dəydiyi və ümumi itkilərin 1 milyard avronu keçdiyi bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Noyabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















