525ci qəzet Kir Starmer Ukraynaya sülhməramlı qüvvələr yerləşdirməyi təklif edəcək
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə gözlənilən səfəri zamanı silahlı münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi təklifi ilə çıxış edəcək.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Kir Starmer münaqişə bitdikdən sonra beynəlxalq sülhməramlı qüvvələrin Ukraynada yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün yaxın həftələrdə Kiyevə səfər edəcək. Bu, onun altı ay əvvəl Britaniyanın Baş naziri seçilikdən sonra Ukraynaya ilk səfəridir”, - deyə agentliyin məlumatında qeyd olunub.
Həmçinin bildirilib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı təşəbbüsü uğurlu olacağı təqdirdə Böyük Britaniya və Fransanın Ukraynada birgə sülhməramlı qüvvələr yarada biləcəyi ehtimalı da mövcuddur.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















