Icma.az
close
up
RU
Kir Starmer xəbərdarlıq edir

Kir Starmer xəbərdarlıq edir

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaqani CƏFƏRLİ

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərinin ciddi qlobal təsirinin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Buna görə Starmer soyuqqanlı davranmağa çağırıb. Britaniyanın Baş naziri hazırkı dövrü "təhlükəsizlik dövrü" adlandıraraq, gələcəklə bağlı ciddi çağırışla üz-üzə olduqlarını bildirib.

Kir Starmerin bu xəbərdarlığı isə təsadüfi deyil. Trampın tətbiq etdiyi tariflər və OPEC+un hasilatı daha da artırmaq qərarı ilə qlobal neft bazarında qiymətlərin kəskin ucuzlaşmasına səbəb olub. Qlobal enerji bazarında yaranan bu vəziyyət qlobal ticarət müharibəsinin zərərinin daha da artmasına səbəb ola bilər. Neft ölkələrinin gəlirlərinin azalması onları da bir sıra layihələri təxirə salmağa vadar edə bilər. Neftin qiymətinin ucuzlaşmasından ən çox zərər görə biləcək ölkələrin siyahısının başında Rusiya və İran gəlir. Hər iki ölkə Qərbin sərt sanksiyalarına görə qlobal iqtisadiyyatdan təcrid edilib. Rusiya və İranın büdcə gəlirləri əsasən neft satışına bağlıdır. Hazırda Rusiyanın Urals markalı neftinin bir barelinin qiyməti 50 dollara düşüb. Bu cari büdcədə nəzərdə tutulan qiymət 69.7 dollar idi. İndi isə Rusiya neftinin bir bareli 50 dollara düşüb və daha da aşağı düşmə ehtimalı da var. Trampın tariflərinə qarşı Çinin ABŞ-dan idaxl olunan bütün mallara 34 faizlik gömrük rüsumu tətbiq etməsi qlobal iqtisadiyyatın daha da zəifləməsinə səbəb olacaq. Acınacaqlısı isə odur ki, bu da son deyil. Donald Tramp Pekinin son qərarına qarşı Çinə əlavə olaraq 50 faizlik tarif tətbiq edəcəyini bəyan edib. Bütün bunlar neftə, ilk növbədə isə Rusiya neftinə tələbatı azaldacaq. Rusiya neftinin ucuzlaşması və müştərilərini itirməsi dövlət büdcəsinin kəsirini daha da artıracaq. Bir çox iqtisadçılar hesab edir ki, büdcə kəsiri Ümum Daxili Məhsulun 2 fazini qədər ola bilər. Əgər neftin qiyməti 50 dollardan aşağı düşərsə, belə bir perspektiv qaçınılmaz olacaq. Bu isə Rusiyanın büdcə öhdəliklərini yerinə yetirməsinə maneə olaraq sosial partlayış üçün münbit şərait yarada bilər. İranda da oxşar vəziyyətdir. Neftin ucuzlaşması İran iqtisadiyyatının tamamilə çökməsinə səbəb ola bilər.

Rusiya və İranda iqtisadi böhranın dərinləşməsi bütün bölgə ölkələrinə mənfi təsir edəcək. Ona görə də hazırkı zamanı təhlükəsizlik dövrü adlandıran Britaniyanın Baş naziri Kir Starmer tamamilə haqlıdır. Proseslərin belə sürətlə inkişafı çox geniş bir coğrafiyada xaos yaranmasına səbəb ola bilər. Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini, yaxın Şərqin böyük müharibənin astanasında olduğunu da qlobal ticarət müharibənin və neftin qiymətinin kəskin ucuzlaşmasına əlavə edəndə vəziyyətin nə qədər ağır olduğu məlum olar. Ona görə də Kir Starmerin dediyi kimi, indi soyuqqanlı davranmaq vaxtıdır. Əks halda proseslər tamamilə nəzarətdən çıxa bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri