Icma.az
close
up
RU
525ci qəzet Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə FOTOLAR

525ci qəzet Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə FOTOLAR

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirilib.

525.az xəbər verir ki, Azərbaycan Könüllülərinin iştirakı ilə Zəfər Parkına təşkil edilən ekskursiya zamanı iştirakçılar Qələbə rəmzi olan memorial abidəni ziyarət edərək, Vətən müharibəsində Azərbaycanın şanlı ordusunun göstərdiyi şücaətə bir daha şahidlik ediblər. 

"Dirçələn Qarabağ - könüllülərin gözü ilə" süni intellekt müsabiqəsində könüllülər Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini rəsm əsərlərində əks etdiriblər. Bu müsabiqə onların yaradıcılığını üzə çıxartmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə baş verən inkişaf proseslərinə maraq oyatmaq məqsədi daşıyıb. Həmçinin,  AKTİ-yə üzv təşkilatlar arasında "Zəfər Liqası" mini futbol yarışı təşkil ediləcək. Yarış zamanı müxtəlif könüllü təşkilatlarını təmsil edən komandalar bir araya gələrək idman bacarıqlarını nümayiş etdirəcək.

Azərbaycan Könüllülərinin iştirakı ilə Vətən müharibəsində əldə edilmiş Zəfərin dördüncü ilinə həsr olunmuş “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib. Proqramda Azərbaycan Könüllülərinin – “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Gənc Könüllülər” İctimai Birliyinin istedadlı könüllüləri, tanınmış gənc ifaçılar Cavidan Fatehi və Fərid Mərdin iştirakı ilə özündə vətənpərvərlik hisslərini cəmləşdirən, milli musiqilər səsləndirilib. Həmçinin, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş kadr, həmçinin müxtəlif ordu birləşmələri tərəfindən ordu quruculuğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, təlimləri əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.

Azərbaycan xalqının tarixində və ruhunda dərin izlər buraxan Zəfər Günü, ölkəmizin gələcək nəsillərinə vətənə bağlılıq və qəhrəmanlıq mesajını çatdırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Azərbaycan xalqı Vətən torpağı üçün hər zaman canını fəda etməyə hazır idi. Biz bir xalq olaraq əyilmədik, sınmadıq, bir amal uğrunda birləşdik və qalib gəldik.”

Bu tədbirlər vasitəsilə Azərbaycan Könüllüləri Vətənə bağlılığını bir daha nümayiş etdirərək, milli birliyimizin nə qədər güclü olduğunu göstəriblər. Keçirilən tədbirlər könüllülərin milli ruhunu yüksəltmək, onları tarixi qələbəmizlə fəxr etməyi və öz köklərinə, torpaqlarına və milli dəyərlərinə bağlılığı artırmaq məqsədi daşıyır.

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Könüllülər Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə - FOTOLAR

Şəkil sayı: 7

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2024 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri