Icma.az
close
up
RU
Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak ediblər

Azərbaycan Könüllüləri Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak ediblər

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirilib.

Azərbaycan Könüllülərinin iştirakı ilə Zəfər Parkına təşkil edilən ekskursiya zamanı iştirakçılar Qələbə rəmzi olan memorial abidəni ziyarət edərək, Vətən müharibəsində Azərbaycanın şanlı ordusunun göstərdiyi şücaətə bir daha şahidlik ediblər.

"Dirçələn Qarabağ - könüllülərin gözü ilə" süni intellekt müsabiqəsində könüllülər Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini rəsm əsərlərində əks etdiriblər. Bu müsabiqə onların yaradıcılığını üzə çıxartmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə baş verən inkişaf proseslərinə maraq oyatmaq məqsədi daşıyıb. Həmçinin,  AKTİ-yə üzv təşkilatlar arasında "Zəfər Liqası" mini futbol yarışı təşkil ediləcək. Yarış zamanı müxtəlif könüllü təşkilatlarını təmsil edən komandalar bir araya gələrək idman bacarıqlarını nümayiş etdirəcək.

Azərbaycan Könüllülərinin iştirakı ilə Vətən müharibəsində əldə edilmiş Zəfərin dördüncü ilinə həsr olunmuş “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib. Proqramda Azərbaycan Könüllülərinin – “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Gənc Könüllülər” İctimai Birliyinin istedadlı könüllüləri, tanınmış gənc ifaçılar Cavidan Fatehi və Fərid Mərdin iştirakı ilə özündə vətənpərvərlik hisslərini cəmləşdirən, milli musiqilər səsləndirilib. Həmçinin, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş kadr, həmçinin müxtəlif ordu birləşmələri tərəfindən ordu quruculuğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, təlimləri əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.

Azərbaycan xalqının tarixində və ruhunda dərin izlər buraxan Zəfər Günü, ölkəmizin gələcək nəsillərinə vətənə bağlılıq və qəhrəmanlıq mesajını çatdırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmadı. Azərbaycan xalqı Vətən torpağı üçün hər zaman canını fəda etməyə hazır idi. Biz bir xalq olaraq əyilmədik, sınmadıq, bir amal uğrunda birləşdik və qalib gəldik.”

Bu tədbirlər vasitəsilə Azərbaycan Könüllüləri Vətənə bağlılığını bir daha nümayiş etdirərək, milli birliyimizin nə qədər güclü olduğunu göstəriblər. Keçirilən tədbirlər könüllülərin milli ruhunu yüksəltmək, onları tarixi qələbəmizlə fəxr etməyi və öz köklərinə, torpaqlarına və milli dəyərlərinə bağlılığı artırmaq məqsədi daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri