525ci qəzet Makron afrikalilari insan hesab etmir BurkinaFasonun lideri
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Burkina-Fasonun prezidenti İbrahim Traore Emmanuel Makronun bütün afrikalıları təhqir etdiyini və onları insan hesab etmədiyini deyib.
525.az xəbər verir ki, bu barədə prezident Fransa liderinin bəzi Afrika ölkələrini “nankorluqda” ittiham etməsinə cavab olaraq deyib.
“O, bütün afrikalıları təhqir etdi. Bu centlmen Afrikanı, afrikalıları belə görür. Biz onun gözündə insan deyilik”, - Traore əlavə edib.
Qərbi Afrika dövlətinin lideri bildirib ki, afrikalılar oyanmalı və müstəqillik yolunda çalışmalıdırlar. Ölkələr öz mentalitetini də dekolonizasiya etməlidir.
Yanvarın əvvəlində Makron deyib ki, Afrika dövlətləri Fransa ordusunun Sahel bölgəsində terrorizmlə mübarizə səylərinə görə “təşəkkür etməyi unutdular”. Onun sözlərinə görə, Afrika dövlətləri fransız qoşunlarının mövcudluğu sayəsində öz suverenliyini qoruyub saxlayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 Yanvar 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















