Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

525ci qəzet Makron Fransanı dərin böhrana salıb

525ci qəzet Makron Fransanı dərin böhrana salıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Fransa prezidenti Emmanuel Makron ölkəni həm siyasi, həm iqtisadi, ümumiyyətlə hər baxımdan çətin vəziyyətə salıb. Hazırda Fransa çox ciddi siyasi qeyri-sabitlik və qeyri-müəyyənliklə üzləşib. Təbii ki, belə mürəkkəb vəziyyətin meydana gəlməsində başlıca günahkar Makrondur. Fransa tarixində onun kimi naşı, səriştəsiz, uğursuz prezident olmayıb. 2018-ci ildə prezident seçilən Makron dövlətə rəhbərlik etdiyi dövrdə qəbul etdiyi uğursuz qərarları ilə Fransanı iflasa sürükləyib, dünya çapında nüfuzdan salıb. Onun sosial siyasəti də ciddi etirazlar doğurub, ölkədə demək olar ki, hər gün sosial tələblərlə etiraz aksiyaları keçirilir. Makron dinc aksiya iştirakçılarına qarşı amansız davranışa, zor tətbiq etməyə görə Avropada arzuladığı “lider” səviyyəsinə yüksələ bilib.

Fransanın bu və digər daxili problemlərini həll etmək, düzgün siyasi qərarlar vermək əvəzinə, Avropa lideri olmağı xəyal edən Makron bir tərəfdən Cənubi Qafqaza soxulmağa çalışır, digər tərəfdən özünün neokolonist siyasətini davam etdirir, Afrikada hegemonluqdan əl çəkmək istəmir, islamofob, Azərbaycanofob siyasət aparır. Yəni ölkəsinin problemləri ilə məşğul olmaq əvəzinə bu adam, Fransadan başqa hər yerdə olmağa, özünə aid olmayan məsələlərə qarışmağa, yeni gərginlik ocaqları, dövlətlər arasında düşmənçilik yaratmağa can atır. Amma hər birində də uğursuzdur. Fransa Afrika ölkələrindən qovuldu. Ada dövlətlərinin istismarını davam etdirməklə insan haqlarını kobudcasına pozan və beynəlxalq hüququ ayaq altına atan dövlət kimi tarixə düşüb. Bu gün ada dövlətləri haqlı olaraq öz azadlıqlarını tələb edirlər. Ölkə daxilində çoxsayda problemlərin yaranması, böhran vəziyyəti məhz onun hər yerə başını soxmasının nəticəsidir.

Nəhayət, onun siyasəti Fransa hökumətini çökdürdü. Hazırda baş verənlər bu ölkənin bir neçə aydır düşdüyü siyasi dalanın nəticəsidir. Belə ki, Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) dekabrın 4-də hökumətə etimadsızlıq səsverməsi keçirərək, onun maliyyə siyasətinin sərtləşdirilməsini və vergilərin artırılmasını tələb edən büdcə qanun layihəsini dəstəkləməkdən imtina edib. Nəticədə Baş nazir Mişel Barnye istefa verməyə məcbur qaldı. Onun üç aylıq baş nazirliyi beşinci Respublika tarixində ən qısa müddət idi. Bundan əvvəl belə durum 1962-ci ildə, ölkə Əlcəzairin Müstəqillik müharibəsinin və o vaxtkı prezident Şarl de Qolla sui-qəsd cəhdinin nəticələrini yaşayarkən baş vermişdi. Onda Jorj Pompidu hökuməti istefa verdi.

İndi isə çox real təhlükə var, avrozonanın ikinci ən böyük iqtisadiyyatı yeni ilə büdcəsiz girəcək, büdcə kəsiri avrozonanın ÜDM-in 3 faizi hədəfindən iki dəfə çox olacaq. Mahiyyətcə bir neçə aydır davam edən siyasi böhran maliyyə bazarlarına da təsirsiz ötüşməyib.

Hər şey ondan başladı ki, prezident Emmanuel Makron gözlənilmədən iyun ayında Milli Assambleyaya növbədənkənar seçkilər elan etdi. Onun bu qərarı həm hökumətdə, həm partiyasında, Avropanın özündə narazılıqla qarşılandı. Hətta hakim partiyada seçkiləri uduzacaqları döyüş adlandırırdılar. Çünki Makronun ölkədə nüfuzu çox aşağıdır və məlum idi ki, parlamentdə çoxluğu qazanmayacaq. Bunu, partiyasının Avropa Parlamentinə seçkilərdə çox aşağı səs qazanması da göstərirdi. Makron məhz AP seçkilərini uduzduqdan sonra bu qərarı verdi. Yada salaq ki, AP-yə seçkilərdə Marin Le Penin ifrat sağçı Milli Birlik partiyası qələbə qazanmışdı. Makron seçiciləri siyasətdən yayındıra biləcək əlverişli fona - futbol üzrə Avropa Çempionatı və Olimpiadaya arxalanaraq tez bir qisas alacağına ümid edirdi. O, ifrat sağçıların irəliləyişini dayandırmaq istədi, lakin nəticədə iyul seçkilərindən sonra partiyası Milli Assambleyadakı çoxluğu itirdi.

Hazırda Fransa parlamenti “asılmış” vəziyyətdədir, heç bir partiyada mütləq çoxluq yoxdur. Parlamentdə üç blok formalaşıb ki, bunlardan iki ifrat olanı barışmaz mövqe tutur: sol “Yeni Xalq Cəbhəsi” və ifrat sağçıların koalisiyası, eləcə də fərqli mərkəzçi partiyalar toplusu. Təəccüblü deyil ki, belə bir tərkiblə bu il kəsiri ÜDM-in 6%-dən çox olacağı gözlənilən büdcə ilə bağlı razılığa gələ bilməyiblər. Qeyd edək ki, Makron Ukraynadakı müharibə fonunda hərbi xərcləri kəskin şəkildə artırıb.

Fransa hökuməti sosial xərclərin azaldılmasını və vergilərin artırılmasını (ümumilikdə 60 milyard avro) əhatə edən büdcə hazırlayıb. Bununla yanaşı, ölkədə vergi daxilolmaları artıq ümumi ÜDM-in 45 faizini təşkil edir - bu, Makron hökumətinin sistemdən daha da çox pul sıxışdırmasının çətin olduğunu deməyə əsas verir. Barnyenin təklifi 2025-ci ildə büdcə kəsirini ÜDM-in 5 faizə qədər azaldacaqdı. O, etimadsızlıq səsverməsindən əvvəl deyib ki, hökumət təcili olaraq fiskal sabitliyi bərpa etməlidir. Lakin o, deputatları fikrindən daşındıra bilməyib.

Hazırda Makronun istefası məsələsi gündəmdədir. Siyasi partiyalar bu tələblə çıxış edirlər. Mövcud vəziyyət Le Penin Makrondan sonra prezident olmaq üçün səy göstərməsi ilə çətinləşir, lakin onun vaxtı tükənir. O, Avropa Parlamentinin fraksiyaların fəaliyyətini dəstəkləmək üçün ayırdığı vəsaiti mənimsəməkdə ittiham olunur. Prokurorların fikrincə, Le Pen onun partiyasında işləyən köməkçilərinə pul xərcləyib. Prokurorluq onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini və 5 il dövlət vəzifəsində çalışmasının qadağan edilməsini istəyib. Məhkəmənin hökmü 2025-ci ilin martında gözlənilir.

Öz növbəsində ifrat solçular koalisiyalarının iyul seçkilərində çoxluq qazanmasına baxmayaraq, Makronun öz nümayəndəsini Baş nazir kimi seçməsindən narazıdırlar. Buna görə də əsas fraksiyalar Makronun səlahiyyət müddəti 2027-ci ildə başa çatana qədər növbədənkənar prezident seçkilərinə nail olmaq istəyirlər. Ekspertlər Le Penin, ifrat solun lideri Jan-Lyuk Melanşonun 2027-ci il seçkiləri ilə məşğul olduqlarını, bu səbəbdən parlamentdə kompromis tapmağın çətin olduğunu düşünürlər. Dekabrın 5-də televiziya ilə xalqa müraciətində Makron bildirib ki, Le Pen və onun partiya üzvləri növbədənkənar seçkiləri “hazırlamaq, təhrik etmək və sürətləndirmək” cəhdi ilə hökumətin istefasına səs veriblər. Amma o, 2027-ci ilə qədər vəzifəsində qalmaq niyyətindədir: “Demokratik yolla mənə həvalə etdiyiniz mandat beş ildir və mən onu sona qədər tam şəkildə icra edəcəyəm”.

Hüquqi məsələlər üzrə ekspert Dominik Russoya görə, erkən prezident seçkiləri siyasi böhranı mütləq həll etməyəcək: “Yeni prezident iyul ayına qədər yeni parlament seçkiləri təyin edə bilməyəcək, çünki qanun parlamentin hər 12 ayda bir dəfə buraxılmasına icazə verir. Yeni seçilmiş lider hələ də Makronun biznes tərəfdarı olan müttəfiqləri, Le Penin millətçiləri və solçu Yeni Xalq Cəbhəsi koalisiyası arasında bölünmüş Milli Assambleyada mübarizə aparmalı olacaqlar. Bizim düşdüyümüz siyasi çıxılmaz vəziyyət təkcə Makronla bağlı deyil. Prezident yaxın günlərdə yeni Baş naziri təyin edəcəyinə söz verib, lakin qanuna görə, o, dekabrın 21-dək Milli Assambleyaya büdcə təqdim etməli və onun qəbuluna nail olmalıdır. Bu, qeyri-real görünür”.

Ekspert Müctəba Rəhman isə düşünür ki, bu həftə təyin olunacaq Baş nazirin Barniyerdən daha az işləməsi ehtimalı yüksəkdir. Onun sözlərinə görə, hökumətin süqutu o deməkdir ki, siyasi qeyri-müəyyənlik qalacaq və maliyyə siyasəti [planlaşdırıldığından] bir qədər az sərt ola bilsə də, biznes və istehlakçıların inamını sarsıtmağa davam edəcək.

Ümumiyyətlə, iqtisadçılar Fransa iqtisadiyyatının yavaşlayacağı qənaətindədirlər. Hesab olunur ki, ÜDM-in 2024-cü ildəki 1,1 faizdən 2025-ci ildə 0,6 faiz artacağı gözlənilir. Qeyri-sabitlik davam edərsə, xüsusən də mövcud siyasi fikir ayrılıqları fonunda vəziyyət daha da çətinləşə bilər.

Qeyd olunanlar Makronun Fransanı necə çətin vəziyyətə saldığını göstərir. Amma bütün bunlara rəğmən, Makron vəzifədən getmək istəmir. Baxmayaraq ki, onun dirəniş göstərməsi daha mənfi nəticələr vəd edir. Çünki böhrandan çıxış yolu görünmür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri