Icma.az
close
up
RU
525ci qəzet MEKdə EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər müzakirə edilib

525ci qəzet MEKdə EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər müzakirə edilib

Icma.az, 525.az saytına istinadən bildirir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər haqqında məlumat vermək və kitabxananın bazaya qoşulması imkanlarını müzakirə etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtovla görüş keçirilib.

MEK-dən 525.az-a bildirilib ki, rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyevin və kitabxana xidməti üzrə direktor müavini Şəhla Quliyevanın müşayiətilə qonaq kitabxana ilə yaxından tanış olub, fondlarını gəzib, nəşrlərə baxıb, elektron kitabxana haqqında ətraflı məlumat alıb.

Dəyirmi masa ətrafında davam edən görüşdə EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov öncə Mərkəzi Elmi Kitabxanada oxucular üçün yaradılan şərait və elektron kitabxana haqqında müsbət fikirlərini bildirib.

Daha sonra ABŞ-ın nüfuzlu şirkətləri sırasında yer alan EBSCO-nun tarixi haqqında məlumat verərək şirkətin aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisi olduğunu qeyd edib. A.Rıtov xatırladıb ki, hazırda dünyanın 98 mindən çox nəşriyyat evi ilə tərəfdaşlıq edən qurumda 400-dən artıq verilənlər bazası və elektron kitab kolleksiyası var. Çıxışı zamanı qurumun nümayəndəsi təhsil platformaları ilə kitabxana resurslarının inteqrasiyası, açar sözlər üzrə axtarış, mövzu indeksləri, coğrafi terminlər, təsnifat kodları, EBSCOhost platformasında elmi axtarış metrologiyası və bu kimi digər mövzulara toxunub.

Görüşdə bazanın məlumat mənbələrindən faydalanmaq və abunə məsələləri ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri