Icma.az
close
up
RU
525ci qəzet “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib

525ci qəzet “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu toplantı keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində sonuncu – beşinci toplantı keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid QHT Agentliyinə sözügedən layihəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. 

R.Məcid deyib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb,  sorğular keçirilib. Medianın fərqli istiqamətləri ilə bağlı 

indiyədək 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılarda layihə çərçivəsində görülmüş işlər təhlil olunub, o cümlədən, ölkəmizin media məkanı barədə təsəvvür formalaşdıran məlumat bazasının strukturuna dair fikir mübadiləsi aparılıb, təkliflər qruplaşdırılıb. 

Məlum olduğu kimi, layihə çərçivəsində MŞ-nin “presscouncil.az” saytında “Azərbaycanın media landşaftı” adlı xüsusi kateqoriya yaradılıb. Həmin kateqoriya özündə “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri və jurnalist təşkilatları”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarını, həmçinin layihə çərçivəsində yayımlanmış məqalələri və keçirilmiş tədbirləri birləşdirib. 

R.Məcid onu da bildirib ki, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda, məqalələr “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib. Məqalələrdə mövzu ilə əlaqədar institsional yanaşma tətbiq edilib. R.Məcid, həmçinin, layihə çərçivəsində görülən işlərin tamamlandığını və layihənin yekunlaşdığını bildirib. 

MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli iştirakçıları “Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilmiş yeni məlumatlarla tanış edib. Bu kontekstdə o, layihə çərçivəsində aparılmış “Azərbaycan jurnalist təşkilatları barədə tədqiqat”ın nəticələrini şərh edib. Ələsgərli qeyd edib ki, “Azərbaycan media landşaftı üzrə məlumat bazası” beynəlxalq standartalara uyğun formada hazırlanıb. 

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev, MŞ İdarə saytının baş redaktoru Bahəddin Həzi, “Missiya.az” və “Missiya TV”nin baş redaktoru Nicat Dağlar, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı, “7news.az” saytının baş redaktoru Səbuhi Abbasov və  digərləri icra olunan layihənin əhəmiyyətindən söz açıblar. Onlar bildiriblər ki, Azərbaycanın media məkanına aid bilgilərin, araşdırma materiallarının bir ünvanda toplanması vacibdir. Çıxışçılar, eyni zamanda, layihənin davamını zəruriləşdirən məqamlardan da söz açıb, Şuranın təşəbbüsünə göstərdiyi dəstəyə görə QHT Agentliyinə təşəkkürlərini ifadə ediblər.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see204

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see203

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see202

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see201

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see148

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see140

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see140

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see137

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see133

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri