525ci qəzet Neftçi Qarabağ matçında baş verənlərlə bağlı cərimələr
Icma.az bildirir, 525.az portalına istinadən.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda 14-cü turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçındakı (0:3) qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar verilib:
“Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilib. "Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilib. “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə klub daha 1500 manat cərimə edilib.
"Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib. Həmçinin, "Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















