Icma.az
close
up
RU
525ci qəzet Onu gülüşündən tanıyardın...

525ci qəzet Onu gülüşündən tanıyardın...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Kamalə ABİYEVA

2000-ci il aprelin 25-də Xırdalan şəhərində dünyaya göz açmışdı. Müharibə başlayanda 20 yaşı vardı...

20 yaş... Sən hələ həyatı yeni-yeni anlamağa başlayırsan. Arzuların xəyallara qarışdığından xəbərin yoxdur. Sən hələ ömrün ən gözəl çağında olduğunu bilmirsən. Və sən torpaqlarının düşmən əlində olduğunu bilirsən. Bu səni rahat yatmağa qoymur.

Səxavət Rizvan oğlu Abbasov belə düşünürdü.

"Hərbi xidmətini çəkib gəlmisən, tək övladımsan, getmə, səni aparmayacaqlar" deyən anasına "Gizlənim belə gündə? Sonra necə yaşayım? Gedəcəyəm" - demişdi inadla.

Səxavət fərqliydi. 2007-2018-ci illərdə təhsil aldığı, məzunu olduğu Xırdalan şəhər 1 saylı tam orta məktəbin müəllimləri də, sinif yoldaşları da belə deyirlər: Hələ məktəb illərindən fərqliydi, yetkin insan kimiydi. Şən, zarafatcıl olsa da, hərəkətlərini, sözünü ölçüb-biçərdi, yersiz bir söz deməz, bir hərəkət etməzdi.

Tarix müəllimi Nübar Məhərrəmova: "Universiteti təzə bitirmişdim məktəbə işləməyə gələndə. Səxavətin indiki yaşındaydım. Onda Səxavət 5-ci sinifdə oxuyurdu. Sonralar onun sinif rəhbəri oldum. Tarixi çox oxumasa da, ona aşağı qiymət verə bilmirdim. O qədər mədəni, təmkinli, intizamlı idi. Hamıya qarşı beləydi. Bir dəfə də olsun kobudluğunu görmədim. Bütün tədbirlərdə iştirak edərdi. Əslində məzunun haqda keçmiş zamanda danışmaq çətindir. Ağlıma gəlməzdi ki, bir gün onun yazdığı tarixi dərs kimi şagirdlərimə keçəcəyəm. Kədərlidir, amma Zəfər tarixi yazdılar".

Yaşadığı küçə indi Səxavət Abbasovun adınadır. Anası Maisə xanım Xırdalandakı 2 saylı uşaq baxçasında tərbiyəçi-müəllimdir: "Fərqli dünyası vardı Səxavətin. O yaşda uşaqlar xarici musiqilərə qulaq asırdılar, Səxavət Rəşid Behbudova, Şövkət Məmmədovaya, Rübabə Muradovaya qulaq asırdı. Kursa getmişdi, özü də həvəsli idi, gitarada çalırdı. Mənim bütün dünyam idi Səxavət".

Müddətli hərbi xidmətini Tovuzda keçmişdi. İkinci Qarabağ savaşı başlayanda artıq xidmətini başa vurmuşdu Səxavət. Kimsəni dinləmədən könüllü qatıldı savaşa.

- Yeganə övladımdır. Getməyə bilərdi. Anayam, "Tək uşaqsan, sənsiz neyləyərəm?" sözümə də "Ana, niyə narahat olursan? Müharibədir, haqq savaşıdır, bütün uşaqlar gedir. Oğlun da döyüşəcək. Bundan qürur duymalısan". Sentyabrın 27-də onu aparmadılar. İlk şəhid gələndə özünə yer tapmadı. Hərbi komissarlığın həyətindən çıxmırdı, təkcə hərbi biletini götürmək üçün gəldi evə, otağa belə keçmədi. - dedi Maisə ana.

Səxavətin məktəb yoldaşlarının çoxu könüllü yazılmışdı cəbhəyə. Sentyabrın 29-da o da savaşa gedənlərin arasında idi. Yola düşəndə üzündəki sevinclə qalıb dost-tanışın yaddaşında. Döyüşlərdə də fərqlənib Səxavət. Düşmənin onlarla canlı qüvvəsini, texnikasını məhv edib. Təkcə mərdliklə döyüşməyib, neçə-neçə yaralını xilas edib. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd uğrunda döyüşüb Səxavət Abbasov. Sonuncu döyüşü Füzuli rayonu ərazisindəki Ərgünəş dağı ətrafında olub. Bu döyüşlərdə dostu Rəşad Mehdiyev yaralanır. Səxavət ona kömək etməyə çalışarkən minamyot qəlpəsindən ikisi də şəhid olur oktyabrın 20-də.

Yeganə övladını itirən ananı düşünürəm. Təsəlli vermək, necə yaşadığını soruşmaq istəyirəm. Amma necə soruşum? Fikrimdən keçənləri özü hiss edir: "Çox çətindir. Necə yaşayacağımı da bilmirdim heç. Qardaşım təcili yardımda işləyir. Bir gün bir qazidən, onun ağrılarından danışdı. "Elə yaxınları da yoxdur, cavan ailədir, bəlkə onlara baş çəkəsən?" - dedi. Onlara getdim. Tanış oldum. Sonra başqa qazilərlə də əlaqə yaratdım. Arada görüşürük. Novruz bayramında qara bayram eləmədim oğluma. Oğlum bütün xalqa bayram yaşadıb. Niyə qara olsun ki, bayramı? 8 xonça düzəltdim. Gücüm çatan nə varsa, aldım. Şirniyyat bişirdim. Bayram günlərində qazilərimizin yanına getdim. Artıq doğmalaşmışıq".

Qazilərlə görüşməkdən təskinlik tapır Maisə xanım: "Heç biri Səxavət olmasa da, hər biri Səxavətdir elə bil".

İkinci Qarabağ savaşının 20 yaşlı könüllüsü, 20 yaşlı şəhidi ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2024 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see253

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see219

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see219

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see169

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see158

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see156

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see154

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri