Icma.az
close
up
RU
525ci qəzet Onu şeirləri yaşadacaq Aydın Tağıyev yazır

525ci qəzet Onu şeirləri yaşadacaq Aydın Tağıyev yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Aydın TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri

O, haysız-haraysız, səs-səmirsiz yaşayıb-yaradır, erkən yaşlarından, orta məktəb illərindən şeir yazırdı. Şeirləri ötən əsrin 70-ci illərinin dövri mətbuatında arabir çap da olunurdu. Bu o vaxtlar paytaxtdan kənarda, kiçik əyalət şəhərində yaşayan cavan müəllif üçün böyük nailiyyət idi. Sonralar neçə-neçə kitabı çıxdı. Şeirləri rus dilinə tərcümə olundu.

Gah kədərli, gah sevincli-nəşəli -

Mənim günüm belə keçib həmişə.

Bu torpağa ayaq basıb düşəli,

Mənim günüm belə keçib həmişə...

- deyə 73 illik bir ömür yaşayan Qafar Süleyman indi, 40 gündür ki, öz haqq dünyasında əbədi günlərini keçirməkdədir.

Qeyd etdiyim kimi, ədəbi yaradıcılığa erkən - orta məktəb illərindən başlamışdı. İllər keçdi. Qafar Süleyman 10-dan çox şeir kitabının müəllifi oldu. Yazıçlar Birliyinə üzv oldu. Bir ara qəzetdə çalışmışdı. Publisistik yazıları maraqla oxunurdu. Yaxşı saz çalmağı var idi. Aşıqlarla da oturub-dururdu. Azərbaycan Aşıqlar Birliyinin də üzv qəbul edildi.

2007-ci ilin qışın astanada olduğu dekabr ayının soyuq günlərinin birində "Şabran" ədəbi məclisinin fəaliyyətinin 30 illik yubileyi o zaman rayona yenicə İcra Hakimiyyəti başçısı təyin edilmiş Novruz Novruzovun - qələm dostumuz Novruz Nəcəfoğlunun təşəbbüsü əsasında təntənə ilə qeyd edildi. O tədbirdə paytaxtdan, AYB-dən nümayəndələr, adlı-sanlı sənətkarlar, hətta Milli Məclisin deputatlarından iştirak edənlər də var idi.

Ən çox sevinən, sevincindən qol-qanad açan Qafar Süleyman idi. Axı, neçə illər idi ki, həmin məclisə rəhbərlik edirdi. Hər il məclis üzvlərinin əsərlərindən ibarət toplu hazırlayıb çap etdirirdi. Bölgədə ədəbi mühitin canlanmasına çalışırdı.

lll

Qafar hal-xasiyyətcə çox həlim, sakit, ünsiyyətcil, əliaçıq, səxavətli, qonaqpərvər adam idi. Bakıdan, bölgələrdən neçə-neçə tanınmış, adlı-sanlı qələm dostları darısqal evində o geniş qəlbli insanın halal duz-çörəkli süfrəsinin qonağı olmuşdular.

Vəfatından sonra əslən Qubadan, Qonaqkənddən olan dostumuz şair Tofiq Nurəli ilə zəngləşdik. Tofiq, Qafarın vəfatından gec xəbər tutduğunu, yaxınlarına, doğmalarına onun başsağlığını çatdırmağımı xahiş edib sonra da:

- Aydın, dünyasını dəyişən dostumuzla bağlı yəqin ki, heç zaman unutmayacağım bir xatirəm var, - dedi, - yazıb yollayacağam sənə.

Və telefon zəngimizin elə ertəsi gün indi bu yazımda bir neçəsini iqtibas gətirdiyim cümlələri yazıb yolladı:

"Günlərin bir günü telefonuma zəng gəldi. Qafar Süleyman idi.

- Yaxın bir qələm dostumla kəndinizə - Yerfiyə yolumuz düşmüşdü, - dedi, - həmkəndlilərinizdən sizin evinizin yerini soruşduq. Nişan verdilər. Qarın içində, dədə-baba mülkünüzün qənşərində lal-dinməz durub evinizə, evinizin söykəndiyi sıldırımlı qayalara xeyli baxdım. Ağlıma gəldi ki, burdan bir daş götürüb gətirim. Bax o daş indi Şabranda, bizdədir. Könlünə nə vaxt Qonaqkəndə, Yerfiyə getmək düşsə, amma getmək imkanın olmasa, gəlib o daşla bizdə görüşə bilərsən..."

Tofiq xatirəsini kövrək cümlələrlə tamamlamışdı: "Düzü, Qafara deməyə söz tapmadım. Bu, Yerfidən "dalımca gələn" ikinci doğma daş idi. Birinci daşı Yerfidən ata-baba ocağından səhərə köç edəndə anam gətirmişdi. Həyətimizdən ikinci daşı şair Qafar Süleyman gətirdi..."

Şabranda doğulmuşdu, Şabranda böyüyüb boya-başa çatmışdı. Əmək fəaliyyətinə başlamışdı. Ömrünün axırınacan da burada yaşadı. Anası Qubanın qaim-qədim Çiçi kəndindən idi. Dünyadan köçəndə Güldənə xanımı oğlanları vəsiyyətini yerinə yetirib dünyaya göz açdığı Çiçi kəndində, dədə-baba qəbiristanlığında torpağa tapşırdılar.

Uzun müddət yataq dustağı olan Qafar Süleyman əcəlin yaxınlaşdığını duyaraq doğmalarına, yaxınlarına son vəsiyyətini etdi. Çapa hazırladığı kitablarının nəşrini yox, onu da anasının yanında dəfn etmələrini xahiş etdi. Analar övladları üçün nə qədər darıxıb görüşməyə tələssələr də, təkcə axirət günündəki görüşün uzun çəkməsini arzulayarlar. Bir oğul kimi, Qafarsa, yəqin ki, məzarının yanındakı qəbrində bir vaxt beşiyi başında laylalarını, oxşamalarını eşitdiyi anasının səsi üçün darıxmışdı, qəribsəmişdi. Anasının bayatıları, laylaları, oxşamaları ilə körpə qəlbində şeirin, sənətin ilk qığılcımları oyanan Qafar Süleyman müqəddəs bildiyi sözün gücü ilə məzarda da qələmə sarılacağına, bəlkə də, inanırdı, o ki, qaldı anasının dilindən çıxan sözlər ola...

lll

Ömrünün 65-ci ilinin tamamına həsr etdiyi şeirində belə bir bənd də yer alıb:

Nə dizdə taqət var, nə canda dözüm,

Nə vaxtdır açılmır, gülməyir gözüm,

Əgər məndən sonra qalmırsa izim,

Onda nə mənası yaşayım daha?

O vaxt canındakı ağrı-acıların qalxmasına hələ xeyli var idi...

İnsandan qalan təkcə yollarda, cığırlarda ləpirlərinin saldığı izlər deyil...

Qafar Süleymanı soraqlayanlara, izini axtaranlarasa onun ürəyində-qəlbində yaşada-yaşada istedadının gücü çatanacan yazdıqları, qoyub getdiyi şeirləridir.

Ruhun şad, məkanın cənnət olsun, unudulmaz Qafar Süleyman!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri