525ci qəzet Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyaya sahib olmağın və ona nəzarətin həlledici əhəmiyyəti barədə şərhi onun adanı "almaq" niyyətində olduğunu göstərir.
525.az “Report”a istinadən xəbər verir ki, bunu Qrenlandiya parlamentinin deputatı Aayya Şemnits deyib.
"Qrenlandiya hələ də satılmır. Düşünürəm ki, bütün Qərb dünyasının xarici və təhlükəsizlik siyasətini müəyyən edən gələcək ABŞ Prezidentinin "sahiblik" və "nəzarət" sözləri onların Qrenlandiyanı almaq istədiyinə kifayət qədər aydın işarədir. Həmçinin bu qərarın Danimarkadan asılı olduğunu söyləmək Danimarka siyasətçilərinə qarşı hörmətsizlikdir", - deputat bildirib.
Bununla belə, Şemnits ABŞ ilə əməkdaşlığın genişləndirilməsinə qarşı deyil. O, Qrenlandiyada Amerika konsulluğunun açılmasını buna nümunə göstərib.
Deputat hesab edir ki, ada sakinləri ABŞ-nin bir hissəsi olmaq istəmirlər.
Daha əvvəl D.Tramp Vaşinqtonun Qrenlandiyanı nəzarətdə saxlamalı olduğunu bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 23 Dekabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















