Icma.az
close
up
RU
525ci qəzet “Sərhədsiz yazılar” təqdim olunub

525ci qəzet “Sərhədsiz yazılar” təqdim olunub

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Yanvarın 11-də “Kitabçı” kitab mağazasında yazıçı, publisist Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabının təqdimat və imza mərasimi keçirilib. 

Tədbirdə Nicat Həşimzadənin pedaqoji fəaliyyətlə məşğul olduğu Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi, tanınmış ədəbiyyatçılar, ictimaiyyət nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər. 

Təqdimatı giriş sözü ilə açan müəllif tədbir iştirakçılarını və qonaqları salamlayıb, sözə, ədəbiyyata, kitaba göstərdikləri diqqətə görə hər birinə öz təşəkkürünü bildirib. N.Həşimzadə qeyd edib ki, sayca 8-ci kitabı olan “Sərhədsiz yazılar” bir müddət öncə dünyasını dəyişmiş gənc şair Rauf Ranın əziz xatirəsinə həsr olunub. 

Daha sonra söz çıxışçılara verilib. 

ADU-nun rektor məsləhətçisi Anar Osmanlı çıxışında müəllifi təbrik edib, onun təkcə ədəbiyyatda deyil, pedaqoji fəaliyyətində də uğurlarını nəzərə çatdırıb. A.Osmanlı bildirib ki, N.Həşimzadə bir müəllim kimi öz fənnini böyük sevgi ilə tələbələrinə tədris edir. Bu da tələbələrin ona olan sevgisinin, hörmətinin təməlidir. 

Ədəbiyyatşünas tənqidçi, filologiya elmləri doktoru Tehran Əlişanoğlu Nicat Həşimzadənin yaradıcılığı haqqında yüksək fikirlərini səsləndirərək qeyd edib ki, Nicat az yaşına rəğmən ədəbiyyatı dərindən bilən və duyan yazıçıdır. Onun əsərləri ilə bağlı düşüncələrini zaman-zaman məqalələrində qələmə aldığını deyən tənqidçi müəllifin esse yaradıcılığını da yüksək qiymətləndirib, geniş müşahidə və analiz qabiliyyətinin esse yaradıcılığı üçün mühüm meyar olduğunu vurğulayıb.  

Əməkdar Mədəniyyət işçisi Müsəllim Həsənov müəllifi yeni kitabı münasibəti ilə təbrik edib, onun qələminin, dəsti-xəttinin müasir ədəbiyyatımızda müsbət mənada fərqləndiyini vurğulayıb. 

Yazıçı, publisist, telejurnalist Azər Qismət çıxışında Nicat Həşimzadənin həm bir publisist kimi yaradıcılığına, həm də bir insan kimi şəxsiyyətinə dərindən bələd olduğunu deyərək, onun yorulmaz fəaliyyətinin, sonsuz ədəbiyyat sevgisinin gənclərə örnək olduğunu bildirib. 

Şair-esseist, professor Əli Şirin Şükürlü, Əməkdar jurnalist Azad Müzəffərli, ADU-nun Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, yazıçı Kənan Hacı və başqaları çıxış edərək N.Həşimzadənin yaradıcılığı, kitabları haqqında fikirlərini bölüşüb, onu yeni kitabı münasibəti ilə təbrik ediblər. 

Qeyd olunub ki, kitabda müəllifin son 7 il ərzində dünya ədəbiyyatı nümunələri, eləcə də müxtəlif mövzularla bağlı yazdığı esselər toplanıb. 

“Sərhədsiz yazılar”ın mərhum gənc şair Rauf Raya həsr olunduğunu xatırladan N.Həşimzadə kitabda onun haqqında iki essenin yer aldığını nəzərə çatdırıb. Eyni zamanda müəllif Rauf Ranın ona və özünün də Rauf Raya həsr etdiyi şeirləri oxuyub. 
Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb. 

Şahanə MÜŞFİQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri