Icma.az
close
up
RU
Sərhədsiz yazılar Rauf Ranın xatirəsi üçün..

Sərhədsiz yazılar Rauf Ranın xatirəsi üçün..

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 11-də “Kitabçı” kitab mağazasında Yazıçı, publisist Nicat Həşimzadənin “Sərhədsiz yazılar” kitabının təqdimatı baş tutub. Təqdimatda tanınmış ədəbiyyat adamları, ictimaiyyət nümayəndələri, media işçiləri  iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan müəllif tədbir iştirakçılarını və qonaqları salamlayıb, sözə, ədəbiyyata, kitaba göstərdikləri diqqətə görə hər birinə öz təşəkkürünü bildirib. Qeyd edək ki, N.Həşimzadə  “Sərhədsiz yazılar”dan  əlavə 7 kitab müəllifidir. Sözü gedən kitab  dünyasını dəyişmiş gənc şair Rauf Ranın əziz xatirəsinə həsr olunub. Xatirəsini uca tutaraq, kitablar  həsr edəcək qədər doğma insanları buraxıb gedən Rauf Ra ilə bağlı kiçik bir məqamı qeyd edəcəm. Yeni - yeni hekayə yazmağa başlamışdım. O vaxtlar ədəbiyyat yazıları ilə tez - tez gündəmdə qalan "Yarpaq" saytı var idi. Hekayəmi dərc etmək üçün  həmin saytın email ünvanına yolladım. Səhərisi gün Rauf Ra mənə yazdı. Bir neçə məsləhət verdi, hekayəmi həm tənqid həm də təriflədi. Davamlı olaraq yazı və şeirlərimi verirdi həmin sayta. O da yadımdadır ki, Rauf Ra  ədəbiyyata, şeirə, nəsrə olan sevgidən təmənnasız olaraq fəaliyyət göstərirdi orada. 

Sərhədsiz yazılar kitabının təqdimatından qayıdarkən elə yoldaca oxuduğum ilk 30 səhifə məni bərk tutdu və çox duyğulandırdı. İlk səhifələrdə Rauf Ranın şeirləri, müəllifin onunla bağlı xatirələri və fikirləri yer alır. Müəllif  bu kitabı ilə Raufun xatirəsini bir daha əbədiləşdirdi və  ruhunu şad elədi. 

Ümumiyyətlə Nicat Həşimzadənin gənc yazarlar içərisində dərin təfəkkürə, fərqli düşüncəyə və yazı manerasına malik olduğunu müşahidə etmişəm. 

Qeyd edək ki, müəllif təqdimat günündə  100 - dən çox kitab imzalayıb.

Havar Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Yanvar 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri