Icma.az
close
up
RU
525ci qəzet Səttar Bəhlulzadə haqqında silsilə materiallar hazırlanıb

525ci qəzet Səttar Bəhlulzadə haqqında silsilə materiallar hazırlanıb

525.az saytına istinadən Icma.az xəbər verir.

Bu il adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həkk olunan Dövlət mükafatı laureatı, Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115-ci ildönümü tamam olur. Gəncləri biri-birindən dəyərli əsərlərin müəllifi, görkəmli rəssamın həyat və yaradıcılığı, təsviri sənətimizi zənginləşdirən böyük irsi ilə tanış etmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Təbiətin Səttar möcüzəsi" adlı məlumat bülleteni və "Səttar Bəhlulzadə-115" adlı ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda rəsmi sənədlər, "Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə" adlı məqalənin tam mətni, görkəmli şəxslərin Xalq rəssamı haqqında söylədikləri dəyərli fikirlər, Səttar Bəhlulzadənin zəngin fəaliyyəti boyunca layiq görüldüyü təltif və mükafatlar haqda məlumatlar təqdim edilir.

"Təbiətin Səttar möcüzəsi" adlı məlumat bülletenində Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən 1958-2024-cü illərdə nəşr edilən "Sonuncu dərviş", "Səttar Bəhlulzadə: gözəlliyə həsr olunmuş həyat", "Səttar Bəhlulzadə nağılı", "Günahlı dünyanın günahsız adamı və yaxud Səttar Bəhlulzadə romantizmi", "Boyalarda yaşayan ömür" kimi Azərbaycan və rus dillərində 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat nümunələrinin, dissertasiya və avtoreferatların siyahısı təqdim edilir.  Virtual kitab sərgisində Xalq rəssamı Səttar Bəhlulzadənin Azərbaycanın füsunkar təbiətinin gözəlliklərini özünəməxsus tərzdə təsvir etdiyi, istedadlı, ecazkar dünyasının əksi olan əsərləri foto və video formatda sərgilənir, görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar əks olunur.  Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri