Icma.az
close
up
RU
Səttar Bəhlulzadə görünməyən aləmlərin yaradıcısı

Səttar Bəhlulzadə görünməyən aləmlərin yaradıcısı

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

24 sentyabr 2025-ci il tarixində Belarus Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasına aid əsərlərdən ibarət “Səttar Bəhlulzadə- görünməyən aləmlərin yaradıcısı” sərgisinin açılışı olacaq. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, müasir mənzərə rəngkarlığının dahi ustası, təbiət “nəğməkarı” kimi tanınan Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Belarus Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Belarus Milli İncəsənət Muzeyinin dəstəyi ilə keçiriləcək.

Bizimyol.inoAzərbaycan Milli İncəsənət Muzeyinə istinadən xəbər verir ki, ekspozisiyada təqdim olunan əsərlər dahi rəssam Səttar Bəhlulzadənin Azərbaycan təsviri sənətinin parlaq hissəsini təşkil edən, sonrakı nəsillər üçün ilham mənbəyi olan bədii irsini əks etdirməklə, tamaşaçılarda sənətkarın yaradıcılığı və unikal bədii üslubu haqqında dolğun təsəvvür formalaşdıracaq. Sərgidə  Səttar Bəhlulzadənin (1909–1974) Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından seçilmiş, çox sevdiyi vətəninin əsrarəngiz təbiət mənzərələrini əks etdirən 30-dək rəngkarlıq və qrafika əsəri yer alacaq.

Səttar Bəhlulzadə sənətdə yaşadığı dövrün ideoloji çərçivələrindən kənar, təkrarsız yolla getmişdir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu olan sənətkar ömrünü doğma torpağın hər guşəsini kətana köçürməyə həsr etmiş, təbiətin ruhunu, görünməyən mahiyyətini rənglərin dili ilə ifadə etmişdir. O, yaradıcılığında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeziyası, Təbriz miniatür üslubu və Azərbaycan xalça sənəti kimi əsas mənbələrdən ilhamlanmışdır.

Poeziya vurğunu olan Səttar Bəhlulzadənin əsərlərində Füzulinin kədərli lirizmi və ilahi məhəbbəti rəssamın rəsmlərində təbiətə olan sonsuz eşqlə qovuşurdu. Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində M.Füzuli və onun “Leyli və Məcnun” əsərinin qəhrəmanlarına həsr edilmiş rəngkarlıq və qrafika əsərləri ilə də mühüm yer tutur. Sərgidə nümayiş olunacaq “Məcnun” əsərində səhralarda dolaşan uzun saçlı qəhrəmanın portreti vasitəsilə onun daxili aləmi – sevgi, iztirab, tənhalıq və ilahi eşq ustalıqla əks etdirilib.

Ekspozisiyada yer alan “Mavi səmada”, “Qafqaz ahəngləri” ,  “Çiçəklənən heyva”, “Romantik dağlar” kimi əsərlər onun bənzərsiz sənətkarlığının təcəssümü olan poetik-fəlsəfi səciyyəli, simvolik mənaya malik yaradıcılıq incilərindəndir. “Bilgəh”, “Çiçəklənən badam ağacı”, “Tut ağacı” kimi mənzərə əsərlərində rəssam təbiətdə mövcud olan rənglərin harmoniyasını, incə keçidlərini ustalıqla kətan üzərinə köçürmüşdür. Bol məhsullu Azərbaycan təbiətinin ayrı-ayrı cizgiləri “Göygöl”, “Şahnabad dağları”, “Mənzərə”, “Narlar və heyvalar”, digər mənzərə və natürmort janrlı qrafik rəsmlərində ustalıqla əbədiləşdirilmişdir.

“Səttar Bəhlulzadə – görünməyən aləmlərin yaradıcısı” sərgisi tamaşaçılara dahi rəssamın Azərbaycan təsviri sənətindəki misilsiz yerini, yaradıcılıq fəlsəfəsini və unikal bədii üslubunu dolğun şəkildə təqdim edəcək.

Sərgi - 24 noyabr 2025-ci ilə kimi davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Sentyabr 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri