Icma.az
close
up
RU
525ci qəzet Tanrı, Dünya və İnsan Nizaməddin Şəmsizadə yazır

525ci qəzet Tanrı, Dünya və İnsan Nizaməddin Şəmsizadə yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Nizaməddin ŞƏMSİZADƏ
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

Uşaqlıqda eşidirdim ki, zaman gələcək dünyanı su basacaq. Dindar qocalardan kimisi Nuh peyğəmbərin gəlişi, kimisi də Sahib əz-Zamanın zuhurunu gözləyə-gözləyə dünyadan köçdülər. Dünyadan köçmək insanın öz əlində deyil, deyildiyi kimi, "Allahın işidir". Vaxtı çatanda (bəzən də vaxtsız!) hamımız Allaha olan can borcumuzu verməliyik. Dahilər dahisi, Şərq poeziysının zirvəsi Şeyx Nizami "İskəndərnamə" poemasında ideal cəmiyyətdən bəhs edərkən müdrik qoca İskəndərə deyir:

Bizdə cavanlardan ölüm uzaqdır

Ölüm çox yaşamış qocaya haqdır.

Ölüyə biz əsla saxlamırıq yas

Bilirik bu dərdə çarə olmaz.

Nizaminin ideal cəmiyyətində Din yoxdur, Tanrı və Təbiət var. Əslində İnsana elə bunlar lazımdır, din lazım deyil, din sonrakı mərhələlərin yanlışıdır. Dinlər insanı çaşdırır, təbii yaşamağa imkan vermir.

lll 

Arxasında 5000, bəzi mənbələrə görə 7000 illik tarix olan qədim və ulu millət - parçalanaraq dünyada 40 adla yaşayan türk milləti haradan gəlib, hara gedir?!

Türkün dini Tanrılıq, Təbiət dini idi. Türklər təbiətin saf uşaqlarıdır. Türkün dini gecə və gündüzə, ağ və qaraya, əzəli həyat əlaməti olan oda əsaslanan, fateh İskəndəri heyrətdə qoyan Zərdüşt peyğəmbərin "Avesta" əsəridir.

Türkün "yol xəritəsi" Tanrıdan Allaha yönəlib. Tanrının Allaha çevrilməsi uzun bir prosesdir.

Türklər İslamı mənəviyyat fəlsəfəsi kimi qəbul ediblər. Onlar öz saflıqları, sadəlövhlükləri səbəbindən İslamı qəbul etdilər. Babək hərəkatı ərəb istilasına qarşı 22 il şərəfli mübarizə tarixi kimi hələ öyrənilməyib.

Kitablı dinlər (4 kitab) İnsanla Allah arasındakı səmimiyyəti pozdu. "Kitablar" dinlərini səmimiyyətlə (məhəbbətlə) qəbulu zamanı İnsanları zorladı, onun inamını ilahilikdən endirib çərçivəyə saldı.

Sufilərdə Allah eşqi, möminlərdə Allah qorxusu var. Sufilər 4 mərhələli təkamül yolu ilə (şəriət, təriqət, mərifət, həqiqət) insanı Allaha qaldırdılar, hürufilər Allahı insana endirdilər, insaniləşdirdilər.

Bölüşdürülmüş dünyanı yenidən bölüşdürmək, hakimiyyət, sərvət, şəriət uğrunda müharibələr aparması insanı Allahdan uzaqlaşdırdı. Bu, onun növbəti səhvi idi. İnsanların dinlərə və dillərə görə ayrılması onu ilk dəfə Tanrıdan uzaqlaşdırmışdı. Allah peyğəmbərlərə vəhy dilini öyrətmişdi. Peyğəmbərlər onu insandan gizlətdilər, ona öyrətmədilər.

Qədim türkçülük, turançılıq saf və güclü idi. Müasir türkçülük dinə "bulaşaraq" zəiflədi. Din türkçülüyü çərçivəyə saldı.

Bu gün dünyada din və həqiqətin mübarizəsi gedir: Cəhalət Ədaləti üstələyib. Hansı qalib gələcək?!

Tanrıdan danışanda Təbiətdən, Dünyadan danışanda Cəmiyyətdən, İnsandan danışanda mənəviyyatdan bəhs etmək lazım gəlir. Tanrı öz varlığını təbiətdə, dünya kimliyini cəmiyyətdə, İnsan öz varlığını mənəviyyatda - cənnətdə göstərir.

Bizim mühakiməmizdə bəşəriyyətin ən böyük varlığı Dövlətdə intişar edir. Dövlət insanlığın ən böyük nailiyyətidir. Dövlət Vətən, Millət, Xalq deməkdir. Dövlət yaradan millət xoşbəxtdir. Hər bir cəmiyyətdə İnsan Dövlətə arxalanıb yaşayır, yaradır, zəfər çalır.

Dövlət Peyğəmbərlikdən sonra ən kamil adarə formasıdır. Dövlət Dindən ayrıdır, fəqət hər bir "kitablı din" başqa sözlə, monoteist din mənsub olduğu dövlətin mənəvi dayağı olmalıdır.

Dinin funksiyası cəmiyyətdə mənəvi tarazlığı qorumaqdır. Bunun üçün din (İslam) məzhəb ayrılığından xilas olmalıdır. Məzhəb ayrılığı və təriqətçilik müasir İslam dininin ən zəif cəhətidir. Molla terminini öz əvvəlki yerinə (məllayı Rumi) qaytarmaq lazımdır.

lll

Müasir kompüter texnologiyaları cəmiyyətin harmoniyasını pozur. Ən çox zərər çəkən etnosun milli və tarixi kimliyini əks etdirən mənəvi münasibətlər, adət və ənənələrdir. Revanşist sıçrayışlı Avropadan fərqli olaraq, sakit, mənəvi-təkamüli inkişaf keçirən Şərq texnokratiyanı cazibədar şəkildə qəbul edərək, əslində dini cəhalətdən sonra ikinci dəfə İnsanı çamurluğa salır. Özgəyə aldanaraq özümüzü unuduruq.

1095-ci ildə Fransada çıxış edən Roma Papası II Urban "İsanın qəbrini kafirlərdən azad etmək" üçün Şərq ölkələrinə yürüşə çağırdı. 1099-cu ildə tarixdə Səlib müharibələri Xaç yürüşləri başlanır. Bu gündən etibarən Avropa Şərqdən faydalanır. Tarixçilərin dediyinə görə, "Səlibçilər bu yürüşlər nəticəsində Şərqdən çox şey öyrəniblər". Bu, Şərqdə ikinci renessans dövrü idi (Qeyd: 1186-cı ildə Misir hökmdarı Səlahəddin Əyyubi Qüdsü azad edir).

Bir də Səlcuq sultanı Alp Arslan 1071-ci ildə tarixi Malazgird döyüşündə 5 min cəngavər Alp ilə Bizansın 50 minlik ordusunu darmadağın edir. 1200 ildir ki, xaç dünyası bunu türklərə və müsəlmanlara bağışlaya bilmir. Alp Arslan Konstantinopol üzərindən Qızıl Xaçı qopardaraq Bağdada aparıb xəlifənin ayaqları altına atır.

İndi biz üzümüzü tənəzzül etməkdə olan Avropaya deyil, Şərqə - Asiyaya çevirməliyik. Avropa tarixdə heç zaman bizi istəməyib. Bu həmin Avropadır ki, Fəhddən xilas olmaq üçün Atillanı zəhərləyib öldürdü. Bu həmin Avropadır ki, onun dini-siyası mərkəzi Romada - Vatikanda əsrlər boyu Şərqə - türk-islam dünyasına qarşı işğal siyasəti, terror, casusluq şəbəkəsi hazırlanıb. Ağqoyunluların tarixi taleyi buna sübut ola bilər. Fransa təkcə bu gün bizim düşmənimiz deyil. Fransız kralı IV Karl fateh Əmir Teymura məxfi məktublar yazaraq Avropanı diz çökdürmüş İldırım Bəyazidə qarşı qoydu. Nəticədə iki fateh türk bir-birini məğlub etdi. İldırım Bəyazid əsir düşdü. Əmir Teymur onun qarşısına qolu bağlı gətirilən Bəyazidi görüb ağlamışdı, sonra da Çin səfərinə gedib orada qüssədən öldü.

Bu gün XXI əsrdə türkün güclənməsi - Avropanın tənəzzülü başlayıb. Dünya idarəçiliyi türklərin missiyasına çevrilib. Şərq, Türk-İslam fəlsəfəsi antik yunan elmini, Romanın renesassans mədəniyyətini üstələyib. İndi Platon, Aristotel, Volter, Russo, Monteskye, Didro yox, İbn Sina, Əl Biruni, Əl Fərabi, İbn Rüşd dəbdədir.

Avropanın tənəzzülü XVIII əsrdən - mənəvi-əxlaqı deformasiya və deqradasiyalarla başlanıb. Bunu ilk dəfə hiss edən fransız maarifçiləri - Russo, Didro, Monteskye, Volter olub. Onlar maarifçilik yolu ilə Avropanı xilas etmək istəyirdilər. Əlbəttə, bu işdə ümumavropa ədəbiyyatının - Molyerin, Servantesin, Hüqonun, Balzakın, Zolyanın da böyük rolu olub. Şərqdə, xüsusən türk dünyasında mənəviyyat, əxlaq həmişə birinci yerdə olub. Qədim türk imperiyaları (16 imperiya) fəthə və mənəviyyata əsaslanırdı. Türklərdə vətənçilik, Vətən əxlaqı çox güclü idi. Qədim, elə bugünkü türk ailəsi türk cəmiyyətinin, türk dövlətçiliyinin əsasını təşkil edir.

İslam dini qəbul ediləndən sonra (X əsr) din adından istifadə edənlər onun müqəddəsliyini pozaraq cəhalətə, fanatizmə, xürafata, mövhumata rəvac vermişlər. Bu, türkçülüyün ən zəif cəhətidir...

XX əsrdən başlayaraq Romanın - Vatikanın mənfur Şərq siyasəti - casusluq və terrorçuluq fəaliyyətini erməni qriqoryan kilsəsi, işğalçılıq siysətini I Pyotrun məxfi "Vəsiyyətnamə"sinə (1725) əsaslanan Rusiya davam etdirir.

XXI əsr, III minillik başlanandan bəri bütün dünyanı sel-su alıb gedir. Bu, hər şeydən öncə İnsanın Tanrıdan üz döndərməsinin "mükafatıdır". Təbiət İnsandan intiqam alır. İqlim dəyişmələri indi böyük bir problemə - İnsanın (və Yer kürəsinin) yaşam məsələsinə çevrilib. Bu, avropalılığından, asiyalılığından, siyasi mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, bütün bəşəriyyətin ölüm-dirim problemidir. COP29-da Bakıya gələn dünya dövlətlərinin liderləri bütün çıxış yollarını arayıb nəhayət müəyyən nəticəyə gəldilər.

Bu gün bizim taleyimiz dünyadan yox, dünyanın taleyi bizdən asılıdır. Hər birimiz yaşadığımız Yer kürəsi üçün cavabdehik. Bunu əsla unutmamalıyıq.

Dindarlar insanları qorxutmaq üçün iqlim dəyişmələrini bəşəriyyətin haqq yolundan uzaqlaşması ilə əlaqələndirməyə çalışır və bununla da insanlarda Allah xofu, mütilik yaradaraq özlərinə tabe etmək istəyirlər. İqlim dəyişmələri qlobal  problemlərlə bağlıdır: daşqınlar, anomal istilər, fəsillərin yerini dəyişməsi, dünyanı bürümüş yanğınlar heç də Allahın işi deyil. İnsan əməli ilə bağlıdır. Çayların qabağı kəsilir, təbii axınına yol verilmir. Dəniz və okeanlarda balıqlar ovlanır. İsveçrədə balina ovuna icazə verilir, yerin təkindən neft və qaz, qızıl və uran, dəmir filizləri çıxarılır. Ölkələr və liderlər tamahkarcasına təbiəti istismar edirlər.

Bakıda böyük uğurla keçən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Yer kürəsini İnsan əməlindən xilas etmək naminə qlobal problemlər irəli sürdü. Doğrudur, bəzi dargöz liderlər bunu Azərbaycanın işi hesab edib konfransı boykot etmək istədilər. Lakin bu, baş tutmadı. Bütün dünya - həm Avropa, həm Afrika, həm də Asiya dövlətləri bir səslə dünyaya çağırış etdilər: Gəlin sözdə yox, əməldə yaşıl enerjidən istifadə edək, karbon emissiyalarını azaldaq, suyu qənaətlə işlədək, külək və Günəş enerjisindən maksimum istifadəyə rəvac verək!

Yür kürəsinin İnsan yaşayışı üçün təhlükədə olduğunu yaxşı dərk edən bəzi ölkələr siyasi ambisiyalara (Azərbaycana qısqanclığa) qapılaraq özlərini məhv etmək yolunu tutdular.

COP29-un əsas uğurlarından biri liderlərin maliyyə məsələlərində bir araya gəlməsi oldu. Azərbaycan başda olmaqla əksər dünya dövlətləri Afrikanın kiçik ada ölkələrini aclıqdan, səfalətdən, İnsanın iyrənc əməli olan müstəmləkə zülmündən, təbii fəlakətlərdən xilas etmək üçün  vahid maliyyə fondu yaratmaq qərarına gəldilər.

Məlum oldu ki, sosial problemlər, qlobal və regional müharibələr bəşəriyyətə təbii fəlakətlərdən daha çox zərər vurur. Və o da məlum oldu ki, iqlim dəyişir, lakin insanın şüuru dəyişmir, məhz insanlar təbiətə qənim kəsildikləri kimi, hakimiyyətə, sərvətə, əraziyə görə bir-birinə, dini, irqi fərqlərə görə daha amansız qənim kəsilirlər. Əl boyda İsrail az qala dünyanın yarısını tutan müsəlman dövlətlərinə qan uddurur. Uşaqları, yəni genefondu məhv edir, dünyanın gözəl, bərəkətli ölkəsi olan Ukraynada insanlar, xüsusən körpələr qırılır, şəhərlər viran edilir. Dünya isə bütün bunları görür və susur, siyasət mənəviyyatı məhv edir. Terror, narkomaniya, qətllər, gündən günə artır, atalar anaları, oğullar ataları, nəvələr babaları, qonşu qonşunu adi bir söz üstündə, pul, mal, örüş, otlaq üstündə qətlə yetirir...

Ona görə də təbiəti, Yer kürəsini xilas etmək üçün əvvəlcə insanın şüurunu və mənəviyyatını xilas etmək lazımdır. 

Avropa ilə Asiya Azərbaycanda - Bakının Fatmayı kəndində birləşib ayrılır. Deməli, biz coğrafi baxımdan həm avropalı, həm də asiyalıyıq. Mənəvi baxımdan, düşüncə və əxlaq tərzinə, min illərlə daşlaşmış adət və ənənələrə görə asiyalıyıq. Doğrudur, bu heç nəyi həll etməsə də, pozitivizm fəlsəfəsinə görə coğrafi mənsubiyyət, klimat psixologiyaya və xarakterə təsir edir, onları formalaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?

29 May 2025 17:22see118

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri