525ci qəzet Tərbiyəçimüəllim vakansiyası üzrə növbəti qeydiyyata start verilir
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Dekabrın 11-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır.
BŞTİ-dən 525.az-a bildirilib ki, qeydiyyatda 2022-ci və 2023-cü illərdə tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçmiş, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.
Namizədlər dekabrın 17-dək (saat 14:00-dan 17:00-dək) şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər.
Namizədlərə 1 illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerlər təklif ediləcək. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















