Icma.az
close
up
RU
525ci qəzet Trampın ilk məğlubiyyəti

525ci qəzet Trampın ilk məğlubiyyəti

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Xaqani CƏFƏRLİ

Prezident seçkilərində inamlı qələbə qazanan Donald Trampın hər şeyə qadir dövlət başçısı olacağı haqqında çoxsaylı iddialar səsləndirilsə də, o, hələ səlahiyyətlərinin icrasına başlamadan ilk məğlubiyyətlə üzləşib. Respublikaçılar Partiyasının Senatdakı fraksiyasının liderinin müəyyən edilməsi üçün farksiyadaxili seçki Donald Trampın məğlubiyyəti ilə başa çatıb. Cənubi Dakotadan olan senator Con Tun səsvermənin ikinci turunda Texasdan olan senator Con Korninə qalib gələrək ABŞ Senatında Respublikaçılar Partiyasının lideri postu uğrunda mübarizədə qalib gəlib. Con Tun 53 senatordan 29-nun səsini qazanaraq fraksiyanın lideri seçilib. Donald Trampın dəstəklədiyi Florida ştatından olan senator Rik Skot səsvermənin ilk mərhələsində məğlub olaraq mübarizədən çıxmışdı. Halbuki Rik Skotun fraksiyanın lideri seçilməsini Donald Trampla yanaşı, İlon Mask, Taker Karlson və Vivek Ramasvay da dəstələyirdi. Bütün bunlara baxmayaraq, Trampın dəstəklədiyi Rik Skot respublikaçıların Senatdakı fraksiyasının liderliyi uğrunda mübarizədə məğlub oldu. Bu o deməkdir ki, Tramp Respublikaçılar Partiyasının lideri olsa da, partiyaya tam hakim deyil. Hətta tamamilə əksinə olaraq Respublikaçılar Partiyası daxilində "reyqançılar" adlandırılan respublikaçılar Trampın tərəfdarı olan "maqaçılar"dan daha güclüdürlər. Ən azından respublikaçı senatorlar arasında ənənəvi xətt tərəfdarları Trampın tərəfdarı olan "maqaçılar"dan güclüdür. Senatdakı respublikaçı fraksiyasının dəstəyi isə Tramp üçün həyati əhəmiyyətə malikdir. Əgər respublikaçı fraksiya yekdilliklə Trampın kadr təyinatlarını dəstəkləməsə, 47-ci prezident ciddi problemlərlə üzləşəcək.

Senator Con Tunla Donald Trampın münasibətləri başlanğıcdan alınmayıb. Senator Tun 2016-cı ildə Trampın prezident seçkilərində respublikaçıların namizədi olmasına qarşı çıxmış, hətta Trampı seçki kampaniyasından çıxmağa çağırmışdı. Daha sonra isə 2021-ci il yanvarın 6-da Konqres binası Trampın tərəfdarlarının hücumuna məruz qalanda senator Tun Trampı kəskin tənqid etmişdi. Buna cavab olaraq Tramp 2022-ci ildə Cənubi Dakota qubernatorunu senatorun yenidən seçilməsinə qarşı çıxmağa çağırmış, ancaq onların bütün müqavimətinə baxmayaraq, Tun həmin il keçirilən seçkidə qalib gələrək Senatdakı yerini qoruya bilmişdi.

Respublikaçılar Partiyasının Senatdakı fraksiyasının liderliyi uğrunda mübarizədə Trampın Tunun rəqibini dəstəkləməsi bu iki şəxs arasında münasibətlərin rəvan olmayacağını ehtimal etməyə imkan verir.

Respublikaçılar Partiyası Trampdan fərqli olaraq gələcək seçkilər haqqında düşünmək məcburiyyətindədir. Çünki 2026-cı ildə keçiriləcək seçkilərdə demokratların revanş götürmək və Konqresin hər iki palatası üzərində nəzarəti əllərinə keçirmək təhlükəsi var. Respublikaçıların "beyin mərkəzləri"ndə anlayırlar ki, noyabrın 5-dəki seçkidə qazanılan qələbəyə görə demokratların seçicilərinin önəmli bir hissəsinin seçkidə iştirak etməməsinə "borcludurlar". Bütün araşdırmalar göstərir ki, noyabrın 5-də keçirilən seçkidə demokartların 10 milyondan artıq seçicisi seçkidə iştirak etməyərək partiyanın liderlərini cəzalandırıblar. Ancaq bu o demək deyil ki, vəziyyət həmişə belə olacaq. Növbəti seçkidə demokratların seçicilərinin fəallığı respublikaçıların ağır məğlubiyyətinə səbəb ola bilər. Bütün bunlara yol verməmək üçün respublikaçılar Trampı nəzarət altında saxlamağa çalışırlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri