Icma.az
close
up
RU
525ci qəzet Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb

525ci qəzet Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb

Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Milli Avtomobil Daşıyıcıları Assosiasiyaları rəhbərlərinin təsisat iclası keçirilib.

525.az bu barədə "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, toplantıda müzakirə edilən əsas məsələ "Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi"nin (TDT-URTA) yaradılması ilə bağlı olub. İştirakçı tərəflər Birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyib.

Tədbirdə ölkəmizi ABADA-nın rəhbəri Həbib Həsənov təmsil edib.

seeBaxış sayı:89
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri