Loqan Pol 5 milyon dollarlıq nadir “Pokemon” kartını hərraca çıxarır
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Amerikalı yutuber və güləşçi Loqan Pol indiyədək əldə etdiyi ən qiymətli "Pokemon" kartını hərraca çıxarıb.
Milli.Az xəbər verir ki, söhbət 1998-ci ildə keçirilən illüstrasiya müsabiqəsinin qaliblərinə verilən və yalnız 39 nüsxəsi olan "Pikachu Illustrator" kartından gedir. Pola məxsus nüsxə vəziyyətinə görə PSA 10 qiymətləndirməsi almış yeganə kartdır.
Loqan Pol bu kartı 2022-ci ildə Dubayda kolleksiyaçı Marvin Dabsi ilə razılaşma nəticəsində əldə edib. Pol, "PSA 9" dəyərindəki 1,275 milyon dollarlıq kartı verib və üzərinə 4 milyon dollar əlavə edərək razılaşmanı yekunlaşdırıb. Bu əməliyyat "Pokemon" kartları tarixində ən bahalı özəl satış kimi qeydə alınıb.
Pol bildirib ki, kart üçün ödədiyi ümumi 5,275 milyon dollar Pokémon bazarının son 20 ildə qiymətinin 3000% artması ilə izah olunur. İndi isə nadir kart hərraca çıxarılacaq və kolleksiyaçılar üçün yeni rekord müəyyən edə bilər.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 11 Yanvar 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















