Icma.az
close
up
RU
525ci qəzet Türkiyənin hərbi yönümlü QHTləri ilə görüşlər keçirilib

525ci qəzet Türkiyənin hərbi yönümlü QHTləri ilə görüşlər keçirilib

Icma.az bildirir, 525.az portalına istinadən.

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənlinin qardaş ölkənin hərbi yönümlü QHT-ləri ilə görüşü davam edir.

525.az xəbər verir ki, ötən gün Emin Həsənli Şəhid Ailələri Dərnəyinin sədri Mustafa İşıqla və dərnəyin üzvləri görüşüb. O, Türkiyənin terrorla mücadilədə böyük sayda şəhid verdiyini, yüzlərlə qazinin olduğunu qeyd edib: “Qazi sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq döyüşdə iştirak edən hər bir hərbçiyə deyilir və onlar Türkiyədə ən böyük statusa, hörmətə malikdirlər. 44 günlük Vətən müharibəsində, ardınca bir günlük antiterror əməliyyatında, eləcə də Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu, hərbçilərimiz böyük şücaət göstəriblər. İldırım sürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsilə başa çatması nəticəsində son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi xalqımızın istədiyi kimi həll olundu. Türkiyə dövləti və bu ölkənin hərbiyönümlü təşkilatları Vətən müharibəsi zamanı Azərbaycana mənəvi dəstək göstərdi. Dünyanın qüdrətli ölkələrinə nümunə olacaq xalq-dövlət-ordu birliyi bu möhtəşəm Qələbəni bizə bəxş etdi. Qəhrəman ordumuz yüksək döyüş əzmi sayəsində torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin ərazi bütövlüyü bərpa olundu”.

E.Həsənli bildirib ki, görüş zamanı Azərbaycan hərbçilərinin qəhrəmanlığı, şücaəti və igidliyi xüsusi vurğulanıb: “Mustafa İşıq dəfələrlə Azərbaycan səfərdə olub, görüşlər keçirib. Bu görüşlərdə şəhidlərin, qazilərin qəhrəmanlığı barədə geniş fikirlər bildirilib”.

E.Həsənli daha sonra deyib ki, Azərbaycan-Türkiyə birliyi, qardaşlığı hazırda yüksək səviyyədə davam edir və davam edəcək: “Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib. 44 günlük Vətən müharibəsi zamanı 88 milyonluq Türkiyənin qəlbi bizimlə döyündü. Onların mənəvi dəstəyi bizdə ruh yüksəkliyini artırırdı. Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir. Hər iki ölkənin prezidentləri bu qardaşlığa çox böyük önəm verir. Bu qardaşlığın əsası Ulu öndərin “Bir millət, iki dövlət” şüarı əsasında qoyulub. Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək və bu birliyi heç kəs sarsıda bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev daim bir-birini dəstəkləyib. Biz iki qardaş dövlətik və bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Sədri olduğum Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Türkiyənin hərbi yönümlü qurumları ilə sıx əlaqələri var. Türkiyəyə hər səfərimdə belə görüşlər keçirilir. Mustafa İşıqın rəhbəri olduğu Şəhid Ailələri Dərnəyi Türkiyənin 4 nüfuzlu hərbi yönümlü təşkilatından biridir. Təşkilata Türkiyədə böyük hörmət və ehtiramla yanaşılır. Türkiyədə qəhrəmanlığın təbliği baxımından bu təşkilatın rolu böyükdür”.

Görüş çərçivəsində Emin Həsənli Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyi və onun sədri Həmzə Dursunla da görüşüb. Görüş zamanı Həmzə Dursun iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib. O, 44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə mənəvi dəstək verdiyini, beynəlxalq arenada Azərbaycanın haqq işini daim müdafiə etdiyini vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərində ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq qısa müddətdə böyük nailiyyətlərin əldə edilməsini stimullaşdırır. Görüşdə ölkələrimiz arasında münasibətlərdə veteran təşkilatlarının mühüm rolu, onların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində töhfələri xüsusi qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri