Icma.az
close
up
RU
Türkiyənin hərbi yönümlü QHTləri ilə görüşlər keçirilib

Türkiyənin hərbi yönümlü QHTləri ilə görüşlər keçirilib

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənlinin qardaş ölkənin hərbi yönümlü QHT-ləri ilə görüşü davam edir.

"Cebheinfo.az" xəbər verir ki, ötən gün Emin Həsənli Türkiyə Məlul qazilər və Şəhid ailələri dərnəyinin sədri Mustafa İşıqla və dərnəyin üzvləri görüşüb. O, Türkiyənin terrorla mücadilədə böyük sayda şəhid verdiyini, yüzlərlə qazinin olduğunu qeyd edib: “Qazi sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq döyüşdə iştirak edən hər bir hərbçiyə deyilir və onlar Türkiyədə ən böyük statusa, hörmətə malikdirlər. 44 günlük Vətən müharibəsində, ardınca bir günlük antiterror əməliyyatında, eləcə də Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu, hərbçilərimiz böyük şücaət göstəriblər. İldırım sürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsilə başa çatması nəticəsində son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi xalqımızın istədiyi kimi həll olundu. Türkiyə dövləti və bu ölkənin hərbiyönümlü təşkilatları Vətən müharibəsi zamanı Azərbaycana mənəvi dəstək göstərdi. Dünyanın qüdrətli ölkələrinə nümunə olacaq xalq-dövlət-ordu birliyi bu möhtəşəm Qələbəni bizə bəxş etdi. Qəhrəman ordumuz yüksək döyüş əzmi sayəsində torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin ərazi bütövlüyü bərpa olundu”.

E.Həsənli bildirib ki, görüş zamanı Azərbaycan hərbçilərinin qəhrəmanlığı, şücaəti və igidliyi xüsusi vurğulanıb: “Mustafa İşıq dəfələrlə Azərbaycan səfərdə olub, görüşlər keçirib. Bu görüşlərdə şəhidlərin, qazilərin qəhrəmanlığı barədə geniş fikirlər bildirilib”.

E.Həsənli daha sonra deyib ki, Azərbaycan-Türkiyə birliyi, qardaşlığı hazırda yüksək səviyyədə davam edir və davam edəcək: “Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib. 44 günlük Vətən müharibəsi zamanı 88 milyonluq Türkiyənin qəlbi bizimlə döyündü. Onların mənəvi dəstəyi bizdə ruh yüksəkliyini artırırdı. Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir. Hər iki ölkənin prezidentləri bu qardaşlığa çox böyük önəm verir. Bu qardaşlığın əsası Ulu öndərin “Bir millət, iki dövlət” şüarı əsasında qoyulub. Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək və bu birliyi heç kəs sarsıda bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev daim bir-birini dəstəkləyib. Biz iki qardaş dövlətik və bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Sədri olduğum Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Türkiyənin hərbi yönümlü qurumları ilə sıx əlaqələri var. Türkiyəyə hər səfərimdə belə görüşlər keçirilir. Mustafa İşıqın rəhbəri olduğu Türkiyə Məlul qazilər və Şəhid ailələri dərnəyi Türkiyənin 4 nüfuzlu hərbi yönümlü təşkilatından biridir. Təşkilata Türkiyədə böyük hörmət və ehtiramla yanaşılır. Türkiyədə qəhrəmanlığın təbliği baxımından bu təşkilatın rolu böyükdür”.

Görüş çərçivəsində Emin Həsənli Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyi və onun sədri Həmzə Dursunla da görüşüb. Görüş zamanı Həmzə Dursun iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib. O, 44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə mənəvi dəstək verdiyini, beynəlxalq arenada Azərbaycanın haqq işini daim müdafiə etdiyini vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərində ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq qısa müddətdə böyük nailiyyətlərin əldə edilməsini stimullaşdırır. Görüşdə ölkələrimiz arasında münasibətlərdə veteran təşkilatlarının mühüm rolu, onların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində töhfələri xüsusi qeyd olunub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri