Icma.az
close
up
RU
525ci qəzet TÜRKSOYun Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

525ci qəzet TÜRKSOYun Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 9-da Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görkəmli qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Fond ümumtürk irsinin, xüsusilə maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması istiqamətində fəaliyyət göstərir. “Bu, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış 17-ci kitabın təqdimatıdır. Kitabı Rəbiqə Nazimqızı tərcümə edib.

Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk dünyasının ədəbi inciləri”, “Türk dünyasının elmi inciləri” adlı 3 kitab seriyası təsis edib. Parisdə dekabrın 13-də Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO səviyyəsində qeyd olunacaq. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcəklər”, - deyə A.Raimkulova əlavə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Azərbaycan xalqı Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına dərin hörmətlə yanaşır. “Bu il Bakıda artıq ikinci dəfə Qırğızıstanın görkəmli ədəbiyyat nümayəndəsi TÜRKSOY-un Baş katibi Sultan Rayevin kitabının təqdimatına toplaşmışıq. Azərbaycan Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu birgə bir sıra layihələr reallaşdırır. Bu bizim birgə həyata keçirdiyimiz növbəti layihədir. Əminəm ki, gələcəkdə belə layihələrin sayı daha çox olacaq”, - deyə nazir vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışlarında Sultan Rayevin “Daşqın” əsəri barədə fikirlərini bölüşüblər. Bildirilib ki, Azərbaycanda Türk dünyasının yazıçılarının əsərlərinə daim maraq olub. Bu günlərdə Bakıda türk xalqları ədəbiyyatının yeni məzmun və ideyalarla zənginləşməsində böyük xidmətləri olan, ümumtürk dünyasının parlaq simalarından biri Çingiz Aytmatova həsr olunmuş böyük görüş keçiriləcək. Diqqətə çatdırılıb ki, Sultan Rayevin “Daşqın” əsərində “Nuhun tufanı yeni dövrdə baş versə nələr olar” axtarışında fikirlər irəli sürülüb. Kitabda əslində Nuhun tufanın müasir zamanda baş verdiyini göstərilir. Belə ki, hazırda insanlar suya deyil, internetə qərq olub boğulurlar. Kitabda, həmçinin süni intellektin gətirdiyi problemlər araşdırılır. Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında deyib ki, Manas kimi min yaşlı zəngin ədəbi-bədii irs üzərində boy atmış müasir qırğız ədəbiyyatı XX əsr dünya ədəbiyyatına Çingiz Aytmatov kimi nəhəng düha sahibini bəxş etdi. “Düşünmək olardı ki, qırğız ədəbiyyatı artıq öz sözünü deyib. Ən azı Ç.Aytmatovdan sonra müasir qırğız ədəbiyyatında yeni söz demək çox böyük cəsarət tələb edəcəyindən yeni möcüzə gözləmək ağıllara gəlməzdi. Amma möcüzə baş verdi, Sultan Rayev özündə bu cəsarəti tapdı və kifayət qədər uğurlu bir şəkildə öz ədəbi dəst-xətini Türk dünyası ədəbiyyatının rəqabət meydanına çıxara bildi.

Sultan Rayev nə Manas yazdı, nə də Aytmatov üslubunu təkrar etdi. O yazdığı romanlarla hörmətli akademik İsa Həbibbəylinin “magik realizm” adlandırdığı ən müasir ədəbi trendinin altında öz imzasını atdı. Bu imza olduqca möhtəşəmdir və bütün Türk dünyasına Sultan Rayevlə fəxr etmək imkanı qazandırıb", - deyə Cavanşir Feyziyev əlavə edib. “Daşqın” əsərinin müəllifi Sultan Rayev çıxışında kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi keçən hər kəsə təşəkkür bildirib. Daha sonra Bakı Bələdiyyə Teatrının aktyoru, Əməkdar artist Hüsniyyə Mürvətova “Daşqın” romanından bir parçanı oxuyub. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, deputatlar, Qırğızıstan səfirliyinin, eləcə də ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elm, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

TÜRKSOY-un Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

TÜRKSOY-un Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

TÜRKSOY-un Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

TÜRKSOY-un Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

TÜRKSOY-un Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

TÜRKSOY-un Baş katibinin “Daşqın” kitabının təqdimatı keçirilib

Şəkil sayı: 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri