Icma.az
close
up
RU
525ci qəzet Yeni həyat şəhəri Ağdam

525ci qəzet Yeni həyat şəhəri Ağdam

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Cavanşir FEYZİYEV
Millət vəkili

Qarabağ dağ silsiləsi ilə Kür-Araz ovalığının arasında yerləşən Ağdam əcdadlarımızın ulu məskənidir. Keçən əsrin 50-ci illərindən başlayaraq müntəzəm olaraq aparılan arxeoloji tədqiqatlar bu ərazilərin hələ 6-8 min il bundan əvvəl məskunlaşdığını göstərir. Tarixən Ağdam qalalar şəhəri olub və Mərkəzi Avrasiyada baş verən köçlərin, saysız-hesabsız hərbi yürüşlərin, çoxsaylı qələbələrin və məğlubiyyətlərin episentrində yerləşib.

Odur ki, hazırda tarixi-mədəni abidələrin sayına görə Ağdam Cənubi Qafqazın ən zəngin məkanlarından biridir. Sovet dövründə sürətlə inkişaf edən Ağdam Qarabağ bölgəsinin əsas sənaye və ticarət mərkəzinə çevrilmişdi.

1993-cü ildə erməni təcavüzü ilə üzləşən Ağdam sakinləri 42 gün öz şəhərlərini rəşadətlə müdafiə etdilər. Lakin sonadək müqavimət göstərmək və şəhəri saxlamaq mümkün olmadı və 23 iyul tarixində Ağdam ərazisinin rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu. Ermənilər işğal etdikləri bütün ərazilərdə olduğu kimi Ağdam rayonunu da etnik təmizləməyə məruz qoydular. 128 min Ağdam sakini doğma ev-eşiyindən didərgin düşdü.

İşğal nəticəsində 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 853 saylı qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdi. Lakin xarici havadarların dəstəyi sayəsində Ermənistan beynəlxalq qanunlara tabe olmaqdan və bu qərarı icra etməkdən yayındı.

27 il ərzində düşmən əsarətində qalan Ağdam demək olar ki, yer üzündən silindi. Torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam ərazisinə səfər edən xarici jurnalistlər onu “Qafqazın Xirosiması” adlandırmışdılar. Ağdamda heç bir həyat nişanəsi qalmamışdı. Mədəni və dini abidələrimiz dağıdılmış, təhqir və qarət edilmişdi. Şəhərdə bir dənə də olsun salamat bina qalmamış, bütün tikililər bünövrəsinə qədər sökülüb talan edilmişdi.

Orda yalnız ruhlar uçuşurdu. Ağdamın müdafiəsi üçün canını qurban vermiş şəhidlərimizin ruhları... Ona görə də Ağdamı ziyarət edənlər buranı “ruhlar şəhəri” adlandırırdılar. Bu Ağdamın o zamankı vəziyyəti üçün ən doğru ifadə idi.

O nigaran ruhlar 27 il ərzində Azərbaycan xalqını torpaqlarımızın azadlığı uğrunda mücadiləyə səsləyirdi. Nəhayət, müqəddəs savaş anı gəldi.

2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun bütün işğal olunmuş əraziləri Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu itki olmadan, şəhid vermədən, qan tökülmədən, bir güllə atılmadan Ağdam rayonunun işğaldan azad edilən ərazilərinə daxil oldu. Elə o zaman erməni vəhşiliyinin əsl siması – 27 il ərzində Ağdamda törədilən bütün hərbi cinayətlər tam çılpaqlığı ilə dünyaya bəyan oldu.

İşğaldan azad olunduqdan sonra Ağdam şəhərini ziyarət etmiş Prezident İlham Əliyev demişdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.

Bu gün Ağdam yeni həyatını yaşamaqdadır. Ağdam dünya şəhərsalma mədəniyyətinin ən yeni nailiyyətləri əsasında yenidən qurulur və bu işlər sürətlə aparılır.

2022-ci il oktyabrın 5-də ölkəmizdə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) iştirakı ilə ilk Milli Şəhərsalma Forumu Ağdamda keçirildi. 2022-ci ildə Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin yenidən qurulması layihələrinə başlanıldı.

Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə Prezident İlham Əliyev tərəfindən 31 iyul 2023-cü il tarixində imzalanan müvafiq sərəncamla 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən edilib.

Bu gün Ağdamda şəhər günüdür. Onun azad olunduğu və yenidən doğulduğu gündür. Bu gün yeni Ağdamın mərkəzi meydanında Azərbaycanın qalibiyyət bayrağı qürurla dalğalanır.

2021-ci ilin 28 may tarixində Ağdam şəhərinin bərpası üzrə Baş Plan ictimaiyyətə təqdim olundu. Bu illər ərzində Ağdam şəhərində və kəndlərində abadlıq-quruculuq işləri sürətlə aparılır. Məcburi köçkünlərin öz doğma şəhərinə qayıtması üçün tikilən çoxsaylı yaşayış binaları və evlərlə yanaşı rayonda Sənaye Parkı, Zəfər Muzeyi, məktəb, bağça və xəstəxana binaları tikilir. Ağdamı ətraf rayonlarla birləşdirən avtomobil yolları, dəmir yolları və Avtovağzal tikilir. İşğal müddətində dağıdılmış qalalarımız, Qarabağ xanlarının türbələri və yaşayış evləri, məscidlərimiz və muzeylərimiz bərpa olunur. Ağdamda milli-mədəni irsin bərpası istiqamətində layihələr həyata keçirilir. Ağdam Cümə məscidində, eləcə də Pənahəli xanın sarayı və İmarət kompleksi ərazisində əsaslı bərpa-quruculuq işləri görülür. 2022-ci ilin oktyabrında Prezident İlham Əliyevin Xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdi.

Ağdam özünün yeni yüksəliş dövrünə qədəm qoyub. Ağdam öz tarixi simasını özünə qaytarmaqla yanaşı həm də əbədi olaraq əmin-amanlıq şəraitində yaşayacaq yeni nəsillərin sevimli yurduna çevrilməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri