Icma.az
close
up
RU
525ci qəzet Ziyarətdən tapılmış əlyazma Məhəmməd Füzulinindirmi?

525ci qəzet Ziyarətdən tapılmış əlyazma Məhəmməd Füzulinindirmi?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İmran VERDİYEV
Əməkdar müəllim 

"Günün ekranı" xəbərlər proqramının xüsusi müxbiri olmuş, tanınmış araşdırmaçı, bir vaxtlar Azərbaycan radiosu və televiziyasının Şəki-Zaqatala bölgəsi üzrə müxbiri, sonralar Azərbaycan Televiziyasının "Günün ekranı" xəbərlər proqramının xüsusi müxbiri olmuş Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü  Pənah Qurbanzadənin 2006-cı ildə çap olunmuş "Hacı Mir Abbas Ağanın həyat yazısı"  kitabında maraqlı bir məlumatla rastlaşdım. Kitabda yer alan Şəkidəki (Nuxadakı) "Şıx Osman piri"ndəki tapıntı ilə bağlı bir məlumat diqqətimi cəlb elədi. Məlumatı olduğu kimi təqdim edirəm.

"Şıx Osman piri" tədqiq edilməyib, barəsində də heç yerdə heç nə yazılmayıb. 1947-ci ildə Nuxada Aydınbulaq kənd sovetinin katibi işləmiş Camal Abdullayevin söylədiklərinə görə, bu ziyarətgahın kitabəsində XV-XVI əsrlər yazılıbmış... Ziyarət Cəfərabad kəndi ilə Aydınbulaq kəndi arasında, axar-baxarlı bir ərazidə, yol kənarında yerləşir. C.Abdullayevin söylədiklərindən:  "Şıx Osman piri" bizim yolumuzun üstündədir... Bir gün Nuxadan gəlirdim. "Çıx Osman piri"nin yanına çatanda birdən güclü leysan yağdı. Özümü güclə pirin kümbəzinə çatdırdım... Bekarçılıqdan köhnə, qədim kümbəzin tavanına baxırdım... Birdən hisli, qaralmış tirlərin arasından gözümə bir bükülü sataşdı. "Bu nə ola" - deyə düşündüm. Güc-bəla ilə onu oradan götürə bildim. Nəsə çox qədim, sapsarı saralmış vərəqləri Quran hərfləri ilə yazılmışdı. Qalın, təqribən 100 səhifə olardı. Bərk meşinlə cildlənmiş kitab idi. Qoltuğuma qoyub kəndə (Aydınbulaq kəndinə - İ.V.) yollandım. Gətirib verdim Ağaya (Hacı Mir Abbas Ağa nəzərdə tutulur - İ.V) ki, oxusun görək nə barədədir. Ağa alıb baxdı, diqqətlə bir xeyli o tərəf bu tərəfə vərəqləyib oxudu. Sonra qayıtdı ki, bəs bu M.Füzulinin məhəbbətdən yazılan şeirləridir. Zarafatla dedi ki, sən uşaqsan, belə şeyləri sənə oxumaq yaramaz. Ağa bir də təəccüblə dedi ki, mən Füzulinin belə şeirləri ilə ilk dəfə qarşılaşıram.

Ağadan kitabın tarixini soruşdum. Dedi kmi, çox qədimdir 400 il bundan əvvəl Molla Məhəmməd adlı bir şəxs tərəfindən köçürülmüşdür.

Bəzi yerləri təhrif olunmuşdur. Ağa belə söyləyirdi. Özünün söylədiyinə görə, o, Füzulini yaxşı bilirdi. Soruşdum ki, bəs nə edim onu? Ağa da məsləhət gördü ki, kasıb oğlansan, göndər Bakıya, bəlkə, beş-üç manat göndərdilər.

Məktub yazdım Bakıya, Əlyazmalar İnstitutuna və kitab barəsində məlumat verdim. Bir müddətdən sonra Bakıdan cavab aldım. Tapıntıma çox ucuz qiymət qoymuşdular. Razılaşmadım. Bu dəfə Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutuna məlumat yazdım. Oradan da cavab aldım. 200 manat qiymət qoymuşdular. Göndərdim və tezliklə deyilən məbləği ünvanıma göndərdilər.

Özünün dediyinə görə, C.Abdullayev bu əlyazmanı 1949-1950-ci illərdə tapıbdır. Elə həmin il də Leninqrada (Sankt-Peterburqa) göndərmişdir... Doğrudanmı tapıntı məşhur şair Füzuliyə mənsub imiş? Biz belə düşünürük ki, hər nə olsa da, bu tapıntı Azərbaycanla, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı qiymətli bir xəzinə imiş. Rus nəyə vəsait buraxmağı əla bilir.

Əlyazmanın müəllifi Molla Məhəmməddir. Bəlkə də, əlyazmanın üzü bu şəxs tərəfindən köçürülübdür. Bəlkə də, elə bu şəxsin özü şair Füzulidir. Axı Füzuli ilkin dövrlərdə öz şeirlərini Molla Məhəmməd və s. təxəllüslərlə yazıb. 400 il elə də yaxın dövr deyil. Əgər Camal müəllim bu əlyazmanı 1949-1950-ci illərdə tapmışsa, onda onun qələmə alınma tarixi haradasa 1550-ci ilə təsadüf edir. Deməli, böyük şairin özü hələ sağ imiş.

Movcud rəvayətə görə, M.Füzulinin ata Vətəni Ərəş qəzası olub. Ərəş qəzası şimaldan Nuxa qəzası ilə qonşu olub. İraqda yaşayan Füzuli və onun oğlu Fəzli ara-sıra bura gələr və qohum-əqrabaları ilə görüşərlərmiş. Sözü gedən pir ilə Ərəşin arasındakı məsafə də çox deyil.

Hər halda Camal müəllimin tapıntısı çox qiymətli bir xəzinə imiş. Müqəddəs "Sıx Osman piri" ulu şairimizin xəzinəsini neçə illər hifz edib öz müqəddəs dərgahında saxlamışdır".

Ərəb və fars dillərində mükəmməl oxuyub-yazan, klassik ədəbiyyatın bilicisi, əruzu və M.Füzulini əla bilən Hacı Mir Abbas Ağanın əlyazma barədə fikirlərinə heç bir şübhəmiz yoxdur. Amma yenə də həmin əlyazmanın ciddi araşdırılmasına ehtiyac olduğu qənaətindəyik. Bu yazının hazırlanmasında da məqsədimiz ipucu vermək və diqqəti bu məsələyə yönəltməkdir. Biz məsələnin füzulişünas alimlərimiz, həmçinin tarixçilərimiz tərəfindən diqqətlə araşdırılmasının tərəfdarıyıq. Əlyazmanın qorunduğu, saxlandığı yer, ora verildiyi tarix məlumdur. Zənnimizcə, həmin əlyazmanın oradan - Leninqrad (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun arxivindən tapıb araşdırmaq elə də çətin olmaz. 

Bir də ki, əlyazma dahi Füzuliyə aid olmasa belə (bəlkə də Füzuli təxəllüsü ilə yazan başqa bir şairə aiddir), hər halda Azərbaycanla, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı qiymətli mənbə ola bilər. Bütün hallarda araşdırılması və öyrənilməsi səmərəli olardı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri