Icma.az
close
up
RU
Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır

Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

1940-ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəviyə məxsus əsərləri aşkar edir:

- "Xəmsə", fars dilində, 1560-cı ildə Persiyada Əbdül Əli Seyfi İbn Abdullah tərəfindən köçürülüb (Fars əlyazmaları № 43).

- "Yeddi gözəl", fars dilində, 1700-cü ildə köçürülüb. Köçürən naməlumdur (Fars əlyazmaları № 57).

- "Nizami qəzəli", Azərbaycan dilində, cəmi 12 sətir. Bu qəzəl Matenadaran direktoru tərəfindən 1940-cı ildə toplanaraq cildlənmiş bayazın dağılmış dəftər vərəqindən ibarət olan topludadır. Şeirin başlığında "Nizami qəzəli" yazılıb, axırıncı sətrində isə şairin özünə adəti üzrə müraciəti gəlir: "Ey Nizami, o xal ki, gözəlin dodaqlarındadır" və s.

Bu sənəd üzə çıxan kimi Şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şahnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışmışlar. İki əsərin fars və qəzəlin Azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən məlumat verir ki, muzeydəki Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu Azərbaycan türkcəsində yazılıb.

Erməni aliminin hesabatında yazılır: “Nizami Gəncəvinin Şirvanşah Axsitan tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan dilində”.

Bununla bağlı Matenadaranın direktoru Qriqor Abov Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırova və Ermənistan KP MK-nın birinci katibi Arutyunyana yazdığı məktubu ixtisarla təqdim edirəm:

“1940-cı ildə Matenadaranda tapılan və 1735-ci ilə aid Dağıstan mənşəli bir bayazda (topluda) yer alan Azərbaycan dilindəki şeirin Nizami Gəncəviyə məxsus olmasını aydınlaşdırmaq üçün azərbaycanlı Səmədzadə Həbib yoldaş Ermolenko ilə birlikdə İrəvana gəldi. Yuxarıda göstərilən şeirlə tanış olduqdan sonra yoldaş Səmədzadə təsdiq etdi ki, şeir Azərbaycan dilində yazılıb və şeirin Nizamiyə məxsusluğuna heç bir şübhə yoxdur.

Erməni dilinə tərcümə zamanı isə mətnin fars qəzəlləri ilə müqayisə edildiyi, lakin fars qəzəllərində tapılmadığı üçün onun bilavasitə həmin dildə deyil, Azərbaycan dilində yazıldığı təsdiq edilib”.

Sənədlərdə həmçinin Nizaminin "Leyli və Məcnun" əsərinin ön sözünə istinad edilərək Şirvanşah Axsitanın şairə ünvanladığı: "Sənin türk dilin bizə yaraşmaz, bizim saray adi hüquqlara alışmayıb" sözləri xatırladılır. Bu da şairin yaradıcılığında ana dili, türk dilinin üstünlük təşkil etməsini sübut edir.

Bütün bu mübahisələrə baxmayaraq, Q.Abov əmin olduğunu bildirir ki, Matenadarandakı həmin şeirlər məhz Gəncəli Nizami tərəfindən yazılmışdır. O, hesab edirdi ki, sonrakı dövrlərdə fars təsiri Azərbaycanın özündə Nizaminin türk dilindəki şeirlərini sıxışdırıb, lakin türk dilində olan bu əsərlər Dağıstanda qorunub saxlanılmışdır və ordan da Ermənsitana gətirilmişdir.

Məktubdan o da görünür ki, Ermənistan tərəfi bu məsələni dəqiqləşdirmək üçün Leninqraddan fars ədəbiyyatı mütəxəssislərini 3 aylığına İrəvana dəvət etməyə nail olubmuş, lakin İkinci Dünya müharibəsi buna mane olur. 1940-ci ildə Azərbaycan Leninqrad şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır.

Bu barədə 3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsində ətraflı məlumat verilir. Məqalədə o, Stalinlə görüşündən danışır:

“Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, o, bu sözlərlə onu əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqıyla doğma dilində kontakta icazə verilmədiyini göstərir”.

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu: “Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onun vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi.

Nizami Gəncəlinin kimliyini bilmək üçün “Xosrov və Şirin" əsərinin sonunda öz övladını türkzadə (türk oğlu) adlandırmasında görmək olar:

Əgər şod torkəm əz xərgəh nəhani,

Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də,

Xudaya, türk balasını sən özün qoru).

Erməni tərəfi Nizami Gəncəvinin bütün Azərbaycan türkcəsində olan əlyazmaları, kitabları və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxartmaqdan imtina edirlər. Azərbaycan tərəfinin xahişlərinə baxmayaraq, bu sənədlər bir daha onlara göstərilmir və bu günə qədər də Matenadaranda saxlanmaqdadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Sentyabr 2026 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri