Icma.az
close
up
RU
55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb

55 yaşlı məktəb yarıməsrlik məzunlarına qucaq açıb

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Ağsu şəhər 1 saylı təhsil ocağının həm öz yubileyi, həm də VI buraxılış “Son zəng”inin 50 illiyi keçirilib

Bəşər övladının həyatında əlamətdar, daim xatırlanan və məmnunluq doğuran tarixlər, təqvim hadisələri çoxdur - doğum günü; birinci sinfə qədəm qoyması, attestat, tələbə bileti, diplom alması; işə qəbulu, hərbi xidməti, ailə qurması, valideyn məqamına yüksəlməsi və sair. Bunların içərisində ən yaddaqalanlardan biri məhz “Son zəng”dir. İllər keçir, doğma məktəb, sinif otaqları, orada öyrəndiklərimiz, müdrik pedaqoqlar və əziz şagird yoldaşlarımız heç vaxt unudulmur. Zamanla – üstündən uzun müddət keçsə belə, xəyalən tez-tez həmin dövrə qayıdırıq, olub-bitənlər xoş xatirə təki yaddaşımızda canlanır, bir kino lenti kimi gözlərimizin qarşısından gəlib keçir, hamımız yenidən parta arxasına dönmək istəyirik. Elə buna görə - müəllimlərimizi, sinif yoldaşlarımızı yaxından görmək, birlikdə geriyə boylanmaq, saf, ülvi, kövrək duyğuları dərindən duymaq üçün üstündən neçə onilliklər ötsə də müxtəlif yuvarlaq zaman kəsiklərində “Məzun günü” qeyd olunur, köhnə təəssüratlar, şirin xatirələr təzələnir.

Ağsu şəhər 1 saylı məktəb-liseyin pedaqoji və şagird kollektivi isə cari ilin 23 mayında ikiqat bayram sevinci yaşadı. Həm 1970-ci ildə fəaliyyətə başlayan təhsil ocağının 55 illik yubileyi, həm də 1975-ci il məzunlarının “Son zəng”inin 50 illiyi geniş və təntənəli şəkildə keçirildi.
Bəli, həmin gün 55 yaşlı Ağsu şəhər 1 saylı məktəbin 1975-ci il buraxılışı məzunluğun yarım əsrlik yubileyini qeyd etmək üçün doğma təhsil ocağına üz tutmuşdular. Dörd X sinfin (Xa, Xb, Xc, Xd) qırx nəfərdən çox məzunu böyük həyəcan, məhəbbət və xüsusi maraq hissi ilə müqəddəs, doğma ana məktəbə toplaşaraq ötən illəri xoş xatirələrlə yad etdilər.

Məktəbin akt zalında 50 ildən sonrakı görüşün rəsmi və bədii hissəsi reallaşdı. Tədbirin əvvəlində səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himni, igid şəhidlərin, indi həyatda olmayan hörmətli müəllim və məzunların birdəqiqəlik sükutla yad edilməsi tədbirin duyğusal anları kimi yaddaşlara həkk olundu.
Məktəbin direktoru Aynur Niftalıyeva, tərbiyə işləri üzrə direktor müavini Dilşad Səfərova məzunları təbrik etdilər, cansağlığı, işlərində uğurlar arzuladılar. Bildirildi ki, belə məzun günləri əsl bayrama çevrilir, şagirdlərdə məktəbə, təhsilə marağı artırır, xoş ovqat yaradır. Onlar arasında səmimilik daha da çoxalır. Yubiley mərasimi üçün təşəbbüs və təşkilatçılıq göstərənlərə, xüsusən də həmin məzunlardan biri, Əməkdar mədəniyyət işçisi, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin sabiq əməkdaşı Təranə Balayevaya təşəkkür bildirildi.

Məktəbin birinci, yeddinci və doqquzuncu sinif şagirləri Vətən, məktəb, müəllim, Zəfər günü, qəhrəman oğullarımız haqqında gözəl nəğmələr, şeirlər söylədilər. Balaca birincilərin şən, oynaq rəqsləri, zəngi səsləndirmələri məzunlarda kövrək duyğular oyatdı, əhvali-ruhiyyələri təzələdi.
Təhsil ocağının fizika müəllimi, indi təqaüddə olan İzayəddin müəllimin tədbirdə iştirakı hamının sevincinə səbəb oldu. Məzunlar fizika otağında əyləşib İzayəddin müəllimi və sinif yoldaşlarını dinlədilər. Xoş məktəb xatirələri qəlbləri riqqətə gətirdi, kövrəltdi, güldürdu, düşündürdü... Uşaqlıq, yeniyetməlik illərini sanki yenidən yaşadılar. Məktəb illərinin dəyərini bir daha qiymətləndirdilər.
Sonra məktəbdən xoş təəssüratlarla ayrılıb "Gözəl Ağsu" restoranında unudulmaz görüşü davam etdirdilər, hamı çox məmnun qaldı.

Xatırladaq ki, Ağsu şəhər 1 saylı məktəb-lisey rayonun qabaqcıl təhsil ocaqlarındandır. Məktəb 1970-ci ildən, yəni 55 ildir ki, fəaliyyət göstərir. Həm təhsil, həm tərbiyə, həm də idman və hərbi-vətənpərvərlik istiqamətində uğurları çoxdur. Məktəb öz şərəfli məzunu şəhid Aslan Tarverdi oğlu Nadirovun adını daşıyır. Digər şəhid məzunu isə Hüseyn Dadaşzadədir. 44 günlük Vətən müharibəsində xeyli məzunu qəhrəmanlıq göstərmiş, orden və medallarla təltif olunmuşlar. Bir nəfər 700 bal, çoxsaylı şagirdləri isə 600-dən cox bal toplamış, ölkəmizin və dünyanın tanınmış universitetlərini bitirmiş və hazırda da təhsil alırlar. Məzunlar bacarıqlı mütəxəssis kimi xalqımıza, dovlətimizə xidmət göstərirlər.
İnanırıq ki, bu 50 və 55 ilin işığı onların da sonrakı həyatını nurlandıracaq, mənalandıracaq!

Video:









Ziyafət Qurbanova
Əməkdar müəllim, Ağsu şəhər 1 saylı məktəbin 1975-ci il məzunu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri