Icma.az
close
up
RU
Kişi həyat yoldaşına şiddət göstərdi TƏFƏRRÜAT

Kişi həyat yoldaşına şiddət göstərdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Biləsuvar rayonunda 2002-ci il təvəllüdlü Vahid Cəlilov ailə münaqişəsi zəminində həyat yoldaşı Cəmaləyə (ad-soyad şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 11-də rayonun Ağayrı kəndində baş verib. V. Cəlilov həmin gün saat 23:00-da faktiki nikah münasibətlərində olduğu arvadı Cəmalə ilə birgə yaşadıqları fərdi yaşayış evində qısqanclıq zəminində mübahisə baş verib. 
Onların arasında mübahisənin baş verməsinə səbəb Vahidin yaşadıqları evə ikinci qadın gətirməsi və Cəmalənin buna irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun sifət və bədənin müxtəlif nahiyələrinə şillə, yumruqla bir neçə zərbə vurub. 
Hadisəni törədən V. Cəlilovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib 
İş üzrə ifadə verən V. Cəlilov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Cəmalə onun həyat yoldaşıdır: “Bizim nikahımız yoxdur. Onunla 3 ildir ki, evliyəm. Bir ilə yaxındır ki, ikinci qadını özümə həyat yoldaşı kimi evimə gətirmişəm. Həmin qadınla Cəmalənin münasibətləri normal olub. Cəmalə ilə sonuncu dəfə avqustun 11-də, axşam saatlarında ailə münaqişəsi zəminində mübahisələrimiz düşdü. Cəmalənin sifətinə şillə vurdum, bədəninə xəsarət yetirdim. Əməlimdən səmimi peşmanam, arvadımla barışmaq istəyirəm”. 
İş üzrə zərərçəkmiş Cəmalənin sözlərinə görə, Vahid ilə 3 ildir ki, qeyri-rəsmi evlidir: “Bizim Əli və Aydın adlı iki azyaşlı oğlum var. Bundan əlavə mənimlə evli ola-ola Aydan adlı xanımı da özünə arvad olaraq yaşadığımız evə gətirdi. Mən bunu özümə təhqir bildiyimdən narazıçılıq etdim. Vahid isə cavabında mənə buna məcbur dözməli olduğumu bildirdi. Bu səbəbdən aramızda tez-tez mübahisələr olub. Sonuncu dəfə avqustun 11-də, saat 23 radələrində Vahidin Aydan ilə arasında olan münasibətlərinə görə qısqanclıq zəminində mübahisələrimiz oldu. Mübahisə zamanı Vahid əvvəlcə başıma, sonra isə qoluma yumruq və şillə zərbələri ilə vurdu”.
Bu cinayət işinə Biləsuvar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə V. Cəlilov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza alıb. 
Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Noyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri