580 dən çox hotel otağını bron edən şəxs saxlanıldı 17 milyonluq cinayət
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Saxta adlarla 580-dən çox otağı rezerv edərək hotellərə təxminən 17 milyon yenlik (114 min dollar) zərər vuran şəxs saxlanılıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə 16-19 dekabr 2024-cü il tarixləri arasında Yaponiyada olub.
“Japan Today”in məlumatına görə, 28 yaşlı Yaponiya vətəndaşı Junki Sanuki müxtəlif e-poçt ünvanları və saxta adlardan istifadə edərək Tokioda bir hoteldə 258 nömrə bron edib.
O, “aldatma yolu ilə gedişata mane olmaq” ittihamı ilə saxlanılıb. Səlahiyyətlilər Sanukinin cib telefonu və digər cihazlardan istifadə edərək 580-dən çox otaq üçün saxta rezervasiyalar etdiyini aşkarlayıblar.
Sanukinin 2024-cü ilin noyabrında qaldığı hotelin rəhbərliyi ilə problemlər yaşadığı iddia edilir. O isə ittihamları rədd edib. “Niyə saxlandığımı anlamıram", - müttəhim deyib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















