Saxta adlarla 580 otel otağını bron etdi, 114 min dollarlıq ziyan vurdu
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Yaponiyada bir şəxsin 580-dən çox otel otağını saxta rezervasiyası edərək təxminən 114 min dollar dəyərində zərər yaratdığı bildirilib.
Sherg.az xəbər verir ki, otelin 258 otağını saxta yolla bron etdiyi iddia edilən şəxsin saxlanıldığı bildirilib.
"Japan Today" saytının məlumatına görə, “iş prosesinə saxtakarlıqla müdaxilə” ittihamı ilə saxlanılan 28 yaşlı yaponiyalı Junki Sanuki 2024-cü ilin 16-19 dekabr tarixlərində müxtəlif e-poçt ünvanları və saxta adlardan istifadə edərək paytaxt Tokiodakı bir otelin 258 otağını bron edib.
Rəsmilər Sanukinin mobil telefonu və digər cihazları üzərindən aparılan araşdırma nəticəsində ümumilikdə 580-dən çox saxta rezervasiya edildiyini müəyyənləşdiriblər.
Həmin 580-dən çox saxta bronun ümumi maliyyətinin 17 milyon yen (təxminən 114 min dollar) civarında olduğu bildirilib. Rəsmilər Sanukinin 2024-cü ilin noyabr ayında həmin oteldə qaldığı zaman otel rəhbərliyi ilə problem yaşadığını da qeyd ediblər.
Sanuki isə ittihamları rədd edərək belə deyib: “Otel ilə daha əvvəl heç bir problemim olmayıb, ona görə də niyə saxlanıldığımı anlaya bilmirəm.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 18 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















