Icma.az
close
up
RU
5G şüalanması siçovulların beynində dəyişikliklərə səbəb olub

5G şüalanması siçovulların beynində dəyişikliklərə səbəb olub

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

5G şüalanması siçovulların beynində dəyişikliklərə səbəb olub

Rusiyada Tomsk Dövlət Universitetinin (TDU) alimləri təcrübə apararaq 5G antennasının gəmiricilərin orqanizminə necə təsir etdiyini qiymətləndiriblər. Məlum olub ki, şüalanma siçovulların beyin toxumasında dəyişikliklərə səbəb olur, yəni antioksidantlarla prooksidantların nisbətini əhəmiyyətli dərəcədə dəyişir. Radiotezlikli maqnit şüalanmasının təsiri bu günə qədər kifayət qədər öyrənilməmişdir, lakin ÜST ətraf mühitin elektromaqnit çirklənməsinin ən təhlükəli ola biləcəyini bildirir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi radiotezlikli elektromaqnit sahələrini (RF-EMF) insanlar üçün “mümkün” (Qrup 2B) kanserogen kimi təsnif edir. Bu tədqiqatın məqsədi qeyri-ionlaşdırıcı şüalanmanın müxtəlif yaşlarda olan siçovullara təsirini müəyyən etmək idi: yetişməmiş erkəklər 5-6 həftəlik (insanlarda yeniyetməlik dövrünə uyğundur), 10-11 həftəlik (insanlarda 40+ yaş) və 17-18 həftəlik (insanlarda 65 yaş). Vistar xəttinin siçovulları ona görə seçilib ki, çünki onlar müxtəlif təsirlərə insanla oxşar reaksiyalara malikdirlər. 5G antenası TDU radiofizikləri tərəfindən hazırlanmışdır, siçovullar 5 həftə onun təsirinə məruz qalmışdır ki, bu da insan ömrünün təxminən dörd ilinə uyğundur. Gəmiricilərin ümumi fizioloji xüsusiyyətləri öyrənilmişdir: bədən çəkisi, temperatur və idrak qabiliyyətləri. Nəticələr göstərdi ki, antennaya məruz qalan siçovullarda tədqiq edilmiş göstəricilərin heç biri nəzarət qrupundan olan siçovullarda olan göstəricilərdən fərqlənmir. Yəni radiasiyanın təsiri altında olan heyvanlar ağrı, qorxu, stress keçirməmiş və rifah içində idilər. Bununla belə, beyin toxumasının daha hərtərəfli tədqiqi zamanı məlum olub ki, gəmiricilərdə 5G antennasına məruz qaldıqdan sonra antioksidantların (orqanizmi sərbəst radikallardan qoruyan maddələr - red.) və prooksidantların (oksidləşdirici stress yaradan maddələr - red.) nisbətində ciddi dəyişiklik baş verib. Alimlər şərh edirlər ki, bu dəyişikliklərin hansı nəticələrə gətirib çıxaracağı qeyri-müəyyən olaraq qalır: yeni qabiliyyətlərin yaranması, hər hansı bir qabiliyyətin itirilməsi və ya orqanizm bu pozğunluqları kompensasiya edə biləcək. Müəlliflər tədqiqatları davam etdirməyi – dişilərin iştirakı ilə bir sıra eksperimentlərin aparılmasını, həmçinin 5G radiasiyasının şüalanmış valideynlərin övladlarına təsir edib-etmədiyini müəyyən etməyi zəruri hesab edirlər. Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Noyabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri