Icma.az
close
up
RU
UNEC də inklüziv təhsilin tətbiqi köklü dəyişikliklərə səbəb olub

UNEC də inklüziv təhsilin tətbiqi köklü dəyişikliklərə səbəb olub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 29 avqust, AZƏRTAC

Müasir dövrdə inklüziv təhsil sistemlərinin formalaşdırılması və inkişafı cəmiyyətin sosial ədalət, bərabər imkanlar və insan hüquqlarına hörmət prinsiplərinə əsaslanan yanaşmaların təzahürüdür. Bu kontekstdə aparılan tədqiqatlar göstərir ki, kitabxanalar inklüziv təhsilin təşkili və reallaşmasında mühüm rol oynayan strateji mərkəzlərdən biri kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasının müdiri Arzu Məmmədova bildirib. O qeyd edib ki, təhsilin, elmin və mədəniyyətin inkişafında kitabxanaların rolu danılmazdır. Onlar yalnız informasiya resurslarının toplanması və ötürülməsi funksiyasını yerinə yetirmir, eyni zamanda, təlim-tərbiyə və elmi-tədqiqat proseslərini zəngin elmi-metodiki və didaktik materiallarla təmin etməklə, biliklərin yayılması və intellektual inkişafın təşviqinə xidmət edən mənəvi-mədəni platforma funksiyasını yerinə yetirir.

İnformasiya-kommunikasiya texnologiyalarının, xüsusilə internetin inkişafından əvvəlki dövrdə kitabxanalar daha çox fiziki məkana əsaslanan, insanların maariflənməsi, istirahəti və asudə vaxtlarının səmərəli keçirməsi üçün nəzərdə tutulan müəssisələr idi. Bu mərhələdə kitabxanalar öz imkanlarından asılı olaraq sərgilər, debatlar, müzakirə klubları, təqdimatlar və intellektual müsabiqələr təşkil etməklə, cəmiyyətin sosial və mədəni həyatında fəal iştirak edirdi. Bu funksiyalar indi də aktualdır, lakin rəqəmsal transformasiya sözügedən sahəyə yeni ölçülər və imkanlar gətirib.

Arzu Məmmədova qeyd edib ki, müasir dövrün akademik kitabxanaları yalnız informasiya əldə etmək üçün deyil, gənclərin sosiallaşdığı, inteqrasiya olunduğu və inklüziv mühitin formalaşdığı çoxfunksiyalı mərkəzlər kimi fəaliyyət göstərir. Əlilliyi olan gənclərin təhsil sisteminə inteqrasiyası baxımından kitabxanalar həm psixoloji-mənəvi adaptasiya, həm də bərabər informasiya əldə etmək imkanlarının yaradılması baxımından əvəzsiz vasitədir. Kitabxana mühitinin əlçatanlığı, fərdi öyrənmə trayektoriyalarının dəstəklənməsi və sosial qarşılıqlı əlaqələrin təşviqi bu məqsədlərə xidmət edir.

Bundan başqa, kitabxanalar inklüziv təhsilin əsas komponentlərindən biri olan mədəni müxtəliflik və tolerantlıq mühitinin təşviqində də mühüm rola malikdir. Fərqli fiziki, əqli, sosial və mədəni xüsusiyyətlərə malik fərdlərin eyni məkan daxilində bərabər hüquqlarla fəaliyyət göstərməsi inklüziv cəmiyyətin əsas göstəricilərindən biridir və kitabxanalar bu prinsiplərin reallaşmasına zəmin yaradır.

Azərbaycan Dövlət İqtisad Universitetində inklüziv təhsilin geniş tətbiqi ali təhsil mühitində bərabər imkanların yaradılması istiqamətində mühüm addımlardan biridir. UNEC rəhbərliyi inklüzivliyin yalnız dərs zamanı deyil, təhsil prosesini müşayiət edən bütün struktur və xidmət sahələrində də sistemli şəkildə tətbiq olunmasını strateji prioritet hesab edir. Bu baxımdan, kitabxana xidmətləri də inklüziv yanaşma əsasında genişləndirilib, bütün tələbələrin informasiya resurslarına bərabər çıxışı təmin olunub.

“Bu gün, sözün əsl mənasında, hərtərəfli fəaliyyəti ilə özünü doğruldan UNEC-in inklüziv təhsil modelində əlilliyi olan, fiziki məhdudiyyətli tələbələrin tədris prosesinə inteqrasiyası ilə yanaşı, onların biliklərə çıxış imkanlarını, psixoloji-mənəvi adaptasiyasını və sosiallaşmasını dəstəkləyən mexanizmlər inkişaf etdirilib. Bu modelə uyğun olaraq kitabxana sistemi də transformasiyaya uğrayıb. İnklüziv təhsilin davamlı dəstəklənməsi üçün UNEC kitabxana sistemində dəyişikliklər həyata keçirilib. Görmə məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyasına yardım etmək məqsədilə hələ 2017-ci ildən “Səsli kitabxana layihəsi” layihəsi reallaşdırılıb. Həmçinin kitabxananın təqdim etdiyi rəqəmsal resurslar, elektron dərs və metodik vəsaitlər WCAG standartlarına uyğunlaşdırılaraq bacarıqlı tələbələr üçün əlçatan edilib. Bununla belə, UNEC kitabxanaları fiziki maneəsiz giriş, tənzimlənən masalar, əlil arabası ilə sərbəst hərəkət üçün nəzərdə tutulmuş keçidlər ilə təmin olunub. Qeyd edək ki, hazırda Kitabxana İnformasiya Mərkəzi tərəfindən bu istiqamətdə mütəmadi yenilənmə işləri görülür.

Önəmli addımlardan biri də UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə kitabxana əməkdaşlarının inklüziv xidmətlərlə bağlı həm yerli, həm də beynəlxalq təlimlərə cəlb olunmasıdır ki, bununla da fiziki və sosial ehtiyaclı tələbələrlə kommunikasiya və xidmət bacarıqları davamlı inkişaf etdirilmiş olur.

Böyük məmnuniyyətlə qeyd edə bilərik ki, UNEC kitabxanaları yalnız məlumat mənbəyi kimi deyil, həm də inkişaf və sosial inteqrasiya məkanı kimi çıxış edir, məhz burada tələbələr birgə fəaliyyətlərdə iştirak edir, təlim və seminarlar keçirir, müxtəlif sosial qruplar arasında qarşılıqlı anlaşma və inklüziv mədəniyyət formalaşır.

UNEC-də inklüziv təhsilin uğurlu tətbiqi, bu ali təhsil müəssisəsinin kitabxanaçılıq fəaliyyətində də köklü dəyişikliklərə səbəb olub, bütün tələbələr üçün bərabər informasiya mühiti formalaşdırılıb. Bu, UNEC-in inklüziv və humanist təhsil modelinə sadiqliyinin bariz göstəricisidir”, - deyə Arzu Məmmədova bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri