Icma.az
close
up
RU
6 ayda 25 minə yaxın minik avtomobili rəsmiləşdirilib

6 ayda 25 minə yaxın minik avtomobili rəsmiləşdirilib

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi cari ilin əvvəlindən bu günədək olan dövrü əhatə edən statistik göstəriciləri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, idarənin əməkdaşı Orxan Sultanov hesabat dövründə aksiz vergisinə cəlb olunan mallar arasında spirtli içkilərin 4 milyon 440 min 750,03 litr, energetik içkilərin isə 3 milyon 499 min 860,72 litr təşkil etdiyini bildirib.

Həmçinin 141 milyon 385 min ədəd qızdırılan tütün məhsulu, 59 milyon 449 min 680 ədəd digər tütün məmulatı və 18 min 928,16 kiloqram qəlyan tütünü dövriyyəyə daxil olub.

Təqdim olunan statistikaya görə, hesabat dövründə 24 min 783 minik avtomobili rəsmiləşdirilib. Onlardan 14 min 960-ı benzin, 6 min 815-i hibrid, 2 min 526-sı dizel, 482-si isə tam elektrik mühərrikli avtomobillər olub. Məlumatda ekoloji cəhətdən daha təmiz hesab edilən hibrid və elektrikli nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğu vurğulanıb.

Bununla yanaşı, ölkəyə 2 min 641 yük avtomobili, 1 min 960 digər təyinatlı nəqliyyat vasitəsi, 723 yəhərli dartıcı və 590 qoşqu idxal olunaraq aksiz vergisinə cəlb edilib.

O. Sultanov qeyd edib ki, cari ilin yanvar-may aylarında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 576 müraciət daxil olub. Müraciətlərin ən çoxu yanvar ayında qeydə alınıb. Belə ki, yanvarda 198, fevralda 129, martda 78, apreldə 94, mayda isə 77 müraciət daxil olub.

Lamiyə Məmmədova




Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri